Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:34

ABŞ 8 ‘yurisdikdiyaya’ İran sanksiyalarından müvəqqəti istisna hüququ verir


Dövlət katibi Mike Pompeo
Dövlət katibi Mike Pompeo

Birləşmiş Ştatlar bildirir ki, səkkiz “yurisdiksiyaya” üç gündən sonra qüvvəyə minəcək İran sanksiyalarından müvəqqəti istisna statusu veriləcək.

Bu o deməkdir ki, səkkiz ölkə və ya qurum ABŞ-ın İranın neft ixracı və maliyyə sistemi üzərinə sanksiyalarına baxmayaraq müvəqqəti olaraq Tehranla iş görə biləcək. Lakin Vaşinqton bununla yanaşı byan edib ki, Tehran üzərinə “maksimum təzyiq” göstərməli olan sanksiyalar “sərtliklə tətbiq” ediləcək.

Noyabrın 2-də jurnalistlərə telefon brifinqi verən dövlət katibi Mike Pompeo istisnanın hansı ölkələrə və ya vahidlərə şamil olunacağı barədə suallara cavab verməkdən imtina edib. O deyib ki, bu yurisdiksiyaların siyahısı noyabrın 5-də açıqlanacaq.

Türkiyə rəsmiləri ayrıca olaraq bildiriblər ki, Ankara belə bir istisna siyahısında var.

Vaşinqton Tehranın üzərindən 2015-ci il nüvə sazişinin imzalanması ilə qaldırılmış sanksiyaların təkrar tətbiqinə noyabrın 4-dən başlayacaq.

Ağ Ev İranın müştərilərinə xəbərdarlıq edib ki, onlar İrandan idxalı sıfra endirməsələr, ABŞ-ın cərimələri ilə üzləşəcəklər. İstisna hüququ sözü gedən yurisdiksiyalara və ya hüquqi vahidlərə İran neftinin idxalını davam etdirmək imkanı verəcək.

İran deyib ki, istisna hüququnun verilməsi İran neftinin dünya bazarları üçün nə dərəcədə mühüm olduğunu göstərir.

Pompeo deyib ki, bu sanksiyalar və bundan əvvəl tətbiq edilmiş tədbirlər İran hökumətinin “davranışını kökündən dəyişmək” məqsədi güdür. Vaşinqton İranı Yaxın Şərqdə silahlı qruplaşmalara və terrorçuluğa dəstəkdə ittiham edir.

Pompeo və maliyyə naziri Steven Mnuchin brifinqdə deyiblər ki, İranın enerji, yük daşımaları, gəmiqayırma və maliyyə sektorlarını hədəfləyən yeni sanksiyalar da tətbiq olunur.

İranla əlaqədar sanksiyalanmış fərd və vahidlərin siyahısına daha 700 adın əlavə edildiyi bildirilib.

Bunların arasında bir sıra İran bankları da var. Bu siyahının da noyabrın 5-də dərc ediləcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG