Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:00

İranlılar iş dalınca qonşu İraqa üz tuturlar


İranlı fəhlə İraqda tikinti işində , Bağdad 28 iyun, 2018
İranlı fəhlə İraqda tikinti işində , Bağdad 28 iyun, 2018

İranda iqtisadi vəziyyət daha da pisləşdiyindən, yerli sakinlər son vaxtlar qazanc dalınca qonşu İraqa üz tutmalı olurlar, ən çox da qonşuluqdakı Ərbil şəhərinə. Bu bölgədə əsasən İraq kürdləri yaşayır.

İş dalınca gələn iranlılar hər gün küçədə durub iş tutmağa çalışırlar, mətbəxdən tutumuş, tikintiyədək harda gəldi işləyirlər.

“İş dalınca İrandan İraq kürdüstanına gəlmişəm. Gününə 20-25 dollar verirlər. Bu bizim üçün yaxşı qazancdır”, Riza Rostumu adlı fəhlə deyir.

İran hazırda iqtisadi böhran dövrünü yaşayır, ABŞ-ın ötən il sanksiyaları bərpa etməs isə bunu daha da dərinləşdirib.

Müəllimmlər də daxil olmaqla bir sıra işçilər aya 100 dollar qazanırlar ki, bu ilkin təlabata belə bəs eləmir.

İranda Ahvaz polad zavodunun işçiləri etiraz edir
İranda Ahvaz polad zavodunun işçiləri etiraz edir

“Digər ölkələrlə siyasi broblemlərə görə, hazırda İranda iş şəraiti çox pisdir. Ümumilikdə iş məsələsində vəziyyət yaxşı deyil. Ona görə də iş dalınca bura-İraq kürdüstanına gəlmişik”, Kruş adlı iranlı fəhlə deyir.

İranlı fəhlələr Ərbildə ucuz yataqxanalarda yaşayırlar, gecəsi 3 dollara.Çoxları bura 1 aylıq turist vizası ilə gəlir.

Onların əksəriyyəti İran kürdləridir və qonşu ölkədə eyni dildə danışırlar.

İraqdakı kürd muxtariyyəti hələlik İrandan gələn işçi-miqrantların rəsmi statistikasını açıqlamayıb. Amma yerli otel meneceri son vaxtlar İrandan gələnlərin çoxaldığını deyir.

“Hazırda bu oteldə 60 fəhlə qalır. Onların sayı artdığından artıq oteldə yer yoxdur, ona görə də binanın damında gecələməli olurlar. Mən daha iki binanı kirayə götürüb otelə çevirmişəm. Hazırda bu otellərdə 170-dək fəhlə qalır”, Kamran Şaklavi adlı otel menenceri​ deyir.

Bir sıra iranlılar İraqdakı qazanclarından razıdırlar. Amma adının kimliyinin bilinməsini istəməyən fəhlələrdən birinin sözlərinə görə, fəhlə axınının çoxlamsı burda da maaşların azalmasına səbəb olub. Onun sözlərinə görə, artıq orda da gündəlik zəhməthaqqı azalıb, hardasa 10-15 dollar, cünkü artıq əmək bazarı dolub.

İran dünyada ən çox neft ehtiyatı olan ölkələrdən biridir, amma ABŞ-ın sanksiyalarına görə, bu sərvətdən lazımnca istifadə edə bilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG