Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

İran deputatı noyabr etirazlarında 230 nəfərin öldüyünü deyir


Mojtaba Zolnour
Mojtaba Zolnour

İranın vəzifəli millət vəkili iyunun 1-də deyib ki, ölkədə noyabr ayında baş vermiş antihökumət etirazları zamanı 230 nəfər həlak olub.

Beləliklə iranlı deputat ötən il hökumətin yanacaq qiymətlərini qaldırmasına etiraz olaraq başlanmış iğtişaşlarda ölənlərin sayı barədə ilk dəfə olaraq məlumat vermiş olub.

Ötən noyabrın 4 günü ərzində davam edən nümayişlər İran tarixində 1979-cu il İslam İnqilabından bəri ən geniş yayılmış və ən zorakı etirazlar kimi qiymətləndilir.

İran Məclisinin milli təhlükəsizlik və xarici işlər komitəsinin sədri Mojtaba Zolnour deyib ki, sözü gedən həyəcanlar zamanı 230 nəfər həlak olub və bunların beşdə birini hüquq-mühafizə orqanlarının əməkdaşları təşkil edir.

Komitə sədri bunu da deyib ki, ölənlərin dördə biri etirazlarda iştirak etməyən təsadüfi adamlar olub.

Millət vəkili əlavə edib ki, ölənlərin bəziləri başlarından və sinələrindən güllə yarası almışdılar.

Etirazçılar bir-birlərini güllələyiblər?

Amma Mojtaba Zolnour bildirib ki, təhlükəsizlik qüvvələri etiraz edənlərdən xeyli aralı idilər və bu xəsarətləri onların zabitləri yetirə bilməzdilər.

Deputatın fikrincə bunu etirazçıların özləri ediblər. Onun sözlərinə görə odlu silahla öldürülənlərin bədənlərindən çıxan güllələr onların təhlükəsizlik qvvələrinə aid silahlardan atılmadığını göstərib.

Zolnour bildirib ki, həlak olanların 16 faizi hərbi bazalara və polis məntəqlərinə, 31 faizi isə ticarət mərkəzləri, banklar və yanacaq məntəqləri kimi ictimai yerlərə basqın edərkən öldürülüb.

Yandırılmış yanacaqdoldurma stansiyalarından biri
Yandırılmış yanacaqdoldurma stansiyalarından biri

Xəbər verilir ki, dörd gün davam edən iğtişaşlar zamanı 2000 min nəfər xəsarət alıb.

Etiraz nümayişləri noyabrın 15-də bəzi şəhərlərdə başlandıqdan sonra ölkənin 100-dək yaşayış məntəqəsinə yayılıb.

Etirazlar zamanı, təhlükəsizlik qüvvələri yeridilənədək yanacaqdoldurma məntəqələrinə o vurulub, polis idarələrinə hücum edilib və mağazalar qarət olunub.

Rəsmi rəqəmlər hələ də açıqlanmayıb

Bundan əvvəl İran rəsmiləri xarici media və insan haqları qruplarının ölü sayı barədə verdiyi məlumatları “yalan” adlandırır, iğtişaşların xaricdən qızışdırıldığını deyirdilər.

Amnesty International insan haqları təşkilatı ölənlərin sayının 304 nəfər, BMT ekspertləri isə 400 nəfər olduğunu bildirirdilər. Onlar ölənlərdən 12-nin azyaşlı olduğunu qeyd edirdilər.

ABŞ İran həyəcanları zamanı 1000-dək insanın öldürüldüyünü iddia edirdi.

Zolnour bildirib ki, iğtişaşları törədənlərin məqsədi sistemi devirmək olub.

Rəsmi Tehran sözü gedən etirazlarda insan itkisi barədə rəsmi məlumat vermir.

Lakin hökumət iki həftə bundan əvvəl təhlükəsizlik qüvvələrinin etirazçılara atəş açaraq onları öldürdüklərini etiraf etmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG