Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:47

İranda ötənilki etirazlarda azı 23 uşağın öldürüldüyü iddia olunur


Etirazçılardan bəzilərinin dəfn edildiyi qəbirstanlıq
Etirazçılardan bəzilərinin dəfn edildiyi qəbirstanlıq

Amnesty International beynəlxalq insan haqları təşkilatı bildirir ki, 2019-cu ilin noyabrında İranda baş vermiş etirazlar zamanı azı 23 uşağın təhlükəsizlik qüvvələrinin odlu silahdan istifadə etməsi nəticəsində öldüyünə dair sübutlara malikdir.

Londonda mənzillənmiş təşkilatın martın 4-də verdiyi bəyanatda deyilir ki, təhlükəsizlik qüvvələrinin “silahsız etirazçılara və kənarda olanlara döyüş güllələri atması nəticəsində” azı 23 uşaq həlak olub.

Təşkilat bunu da iddia edir ki, həlak olmuş 22 oğlan 12 və 17 yaşları arasında olub.

Amnesty deyib ki, 23-cü uşaq 8-12 yaşlarında qızdır.

Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Philip Luther sözü gedən ölümlərin “müstəqil və tərəfsiz” araşdırılmasına, habelə atəş açılmasına əmr verənlərə və bilavasitə atəş açanlara qarşı cinayət işinə başlanmasına çağırıb.

Luther bildirib ki, BMT İnsan Haqları Şurasının üzv ölkələri etirazçıların və kənar şəxslərin ölümlərinin araşdırılması üçün mandat verməlidir.

İranın 13 şəhərində

İranda kütləvi etirazlar 2019-cu ilin 15 noyabrında, hökumət yanacaq qiymətlərinin qaldırılmasını elan edəndən sonra başlanmışdı.

Amnesty International təşkilatının təxminlərinə görə növbəti bir neçə gün ərzində davam edən etirazlarda hakimiyyət orqanlarının hücumları nəticəsində azı 304 nəfər həlak olub.

Hesabatda bu deyilir ki, İran hakimiyyəti minlərlə insanı qanunsuz saxlayıb və onlardan bir çoxuna işgəncələr verilib.

Amnesty International təşkilatının bu barədə hesabatında dəqiqləşdirilir ki, sözü gedən 23 uşaq İranın İsfahan, Fars, Xuzistan, Kirmanşah, Kürdüstan və Tehran ostanlarının 13 şəhərində öldürülüb.

Hesabatda bildirilir ki, ölümlərdən 20-si noyabrın 16-17-də baş verib. Daha üç uşaq noyabrın 18-də həlak olub.

Amnesty International bildirir ki, onun sübutları video və fotolardan, ölüm və dəfn şəhadətnamələrindən, habelə şahidlərin və qurbanların yaxınlarının ifadələrindən ibarətdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG