Təqdim etdiyimiz fotosessiyada ölümün bir addımlığında olan qatil son anda əvf olunur. hökümətə yaxın İSNA xəbər agentliyinin fotoqrafı Arash Khamooshi bu fotoları İranda kütləvi edam yerində çəkib. Qətlə görə ölümə məhkum edilmiş şəxsin artıq boynuna kəndir keçirilmişdi. Onun ayağının altından stul çəkilmək üzrə idi. Bu zaman gözlənilmədən qatilin öldürdüyü şəxsin valideynləri onun günahından keçdiklərini deyilər.
Qatilin edamı son anda belə dayandırıldı
1
Balal adlı şəxs edam taxtına çıxarılır. O, 7 il əvvəl Abdullah adlı gənci bıçaqlayaraq öldürdüyünə görə ölümə məhküm olunub. Faciə baş verəndə hər həm Balalın, həm də Abdullah-ın 17 yaşı var idi
2
Edamdan 1 gün əvvəl Balal-ın anası oğlünün əfv olunamsına bütün ümidlərini itirdiyini deyirdi
3
Edam günü Mazandaran Osatnının Nur şəhərində adamlar dar agacanın səhnə kimi quraşdırıldığı kütləvi edam yerinə toplaşıb
4
Qatilin qurbanın ailə üzvləri edamda iştirak etməli idilər. Qisas kimi onlara Qatilin ayağının altından stulu çəkərək onu öıümə göndərmək həvalə olunmuşdu.