Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:41

İranlı hüquq müdafiəçisi: '...əslində, sıravi xalq cəzalandırılır'


Vahid Qarabağlı
Vahid Qarabağlı

«Donald Trampın ABŞ-ın nüvə sazişindən çıxması haqda bəyanatı İranda böyük qorxuya səbəb olub», – Kanadada yaşayan iranlı hüquq müdafiəçisi Vahid Qarabağlı deyir. O, 2015-ci ildə imzalanan anlaşmadan sonra İranda iqtisadiyyatın dirçələcəyinə böyük ümid yarandığını bildirir.

«Əskidən sanksiyalar səbəbindən İran iqtisadiyyatı ağır durumda idi, çökmüşdü. İndi də elədir. İran tüməni günbəgün dəyər itirir. Bundan ən çox zərərçəkən xalqdır, özəlliklə də orta və aşağı təbəqədir. Onların alıcılıq qabiliyyəti azalır, ölkədə işsizlik çoxdur, banklar müflis olur.

***Buna da bax-İran azərbaycanlısı: 'Bu, ədalətli qərardır'

Trampın bu qərarı İranda iqtisadi sıxıntıların artması deməkdir. O üzdən bu, xalq arasında yaxşı qarşılanmır. Belə bir fikir formalaşıb ki, Tramp bu qərarı rəsmi Tehranı cəzalandırmaq məqsədilə versə də, əslində sıravi xalq cəzalandırılır», – deyən V.Qarabağlının sözlərinə görə, xalq bu durumda yalnız Trampı suçlamır, eyni zamanda, İran hakimiyyətini nüvə oyununa girdiyi üçün qınayır: «İranın bu oyuna girməsi xalqı 10 ildən artıqdır ki, ağır duruma salıb».

«Başqa çarəsi də yoxdur»

İranlı hüquq müdafiəçisi İranda xalqın iki şeydən qorxduğunu bildirir: «Bu qərar ağır günlərdən xəbər verir, xalq həm iqtisadi problemlərdən qorxur, həm də savaşdan. İran bu anlaşmada qalmasa, başqa qorxu var ki, ABŞ-la İsrail bunu İranın nüvə silahına doğru getməsi kimi dəyərləndirərək hərbi müdaxilə edə bilər. O da xalq arasında əndişələri artırır».

***Buna da bax-Bakı İran məsələsində 'odla su arasında'

V.Qarabağlı İranın anlaşmadan çıxmayacağını düşünür. Və bunu Tehranın çarəsizliyi ilə izah edir: «Başqa çarəsi də yoxdur. Anlaşmadan çıxarsa, Avropadakı tərəfdaşlarını, Rusiya, Çin kimi yandaşlarını da itirmiş olacaq. Bu durumda ölkə iqtisadiyyatındakı böhran bir neçə ayda daha da dərinləşəcək».

V.Qarabağlı üstəlik, hakimiyyətin həm də xalqın basqısı altında odluğunu deyir, o, ötən aylarda xalqın iqtisadi böhran, işsizlik, maaşların ödənilməməsi ilə bağlı etirazlara qalxdığını xatırladır: «İqtisadi böhran davam edəcəyi halda xalq ayağa qalxacaq, hakimiyyətə basqılar da artacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG