Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:19

İqtisadçı: 'İctimai nəqliyyat yerli bələdiyyələrin hakimiyyətində olmalı və...'


 Azər Mehtiyev, 12 aprel 2012
Azər Mehtiyev, 12 aprel 2012

Ötən iki həftə sosial-iqtisadi baxımdan qiymət artımları ilı yadda qaldı. Həm ictimai nəqliyyatda gediş haqları, həm telefonların, avtomobillərin qeydiyyat rüsumları və həm də “Gömrük yığımlarının məbləğləri” artırılıb.

İqtisadçı, keçmiş deputat Əli Əlirzayev bütün bu baş verənlərlə bağlı suallarmıza cavab verib.

Əli Əlirzayev qeyd edilən sahələrdə artımlara iki cür baxış olduğunu deyib:

“Birinci qlobal, makroiqtisadi siyasət, ikinci, mikroiqtisadi .
Sahibkarlıq, infrastruktur, təşəbbüskarlıq inkişaf edirsə, heç kimə “malını filan qiymətə sat” demək olmaz. Amma buna uyğun olaraq rəqabət qabiliyyətli istehsal yaratmaq, iqtisadi münasibətləri dəyişmək, özəl sektorun payını artırmaq mümkündür. Nəticədə qiymətləri aşağı endirmək olar. Məsələ ondadır ki, neft məhsullarının qiymətinin artması respublikaya valyuta gətirir, bu, büdcənin formalaşması ilə bərabər sahibkarlığın inkişafına təsir edir. Bunlar makroiqtisadiyyata daxildir. Mikroiqtisadiyyata gəlincə, ayrı-ayrı sahələrdə məhsullar qalxa da , azala da bilər. Alternativ variantlar var, ona görə bəzi müəssisələr məhsullarının qiymətini artırır. Yaxşı, artırsın, başqa bir sahə isə yenilik edib bir məhsul istehsalına start verib seçim yaradırsa, o zaman qiymət aşağı düşəcək. Bu siyasətin görünməyən tərəfi var, dövlətin siyasəti insanların rifahını yaxşılaşdırmaqdır, amma dövlət sahibkara deyə bilməz ki, qiyməti endir, sadəcə, təsir edə bilər”.

Buna da bax: Gediş haqlarının artmasına rəsmi izahatlar

Bakı metrosu
Bakı metrosu

​Ə.Əlirzayev deyir ki, qiymətdə dəyişiklik nəzərdə tutulursa, bundan əvvəl gəlir siyasəti formalaşdırılmalıdır:

“ Yəni gediş haqqında artım sosial durumu zəif olan insanlara təsir etməsin. Onların pensiyası, əməkhaqqı artırılsa, 10 faizlik qiymət artımı az təsir edir. Əgər belə olarsa, tarazlıq yaratmaq olur”

“Ağıllı subyekt həmişə xərc strukturunda özünün qazancını təmin edir”

“Dünya bazarında neftin qiyməti enəndə də qiymət artımı olur, qalxanda da, bu mənzərəni necə izah edərdiniz” sualına O, belə cavab verib:

“Neftin qiymətinin artması milli iqtisadiyyata təsir edir. Biri var dövlət büdcəsi 20 milyard olar, biri də var 25 milyard. İkinci ilə sosial müdafiə məqədləri həyata keçirmək imkanları genişlənir, təhsil, səhiyyə, mədəniyyət sahələrində bir çox işlər görülür, əməkhaqqı, pensiya artırılır. Biri var xərclərin, biri də var gəlirləri prioriteti, ağıllı subyekt həmişə xərc strukturunda özünün qazancını təmin edir. O, bilir ki, ayrılan vəsait gələcək rifahı təmin edəcək. Ona görə də hökumət bu şeyləri qiymətləndirməli, proqnoz xarakterli tədbirlər həyata keçirməlidir”.

İqtisadçı Azər Mehtiyev isə deyib ki, mobil telefonların qeyddiyyat rüsumunun artırılması qanunvericiliklə ziddiyyət təşkil edir. Üstəlik, onun fikrincə bu fiziki şəxslərə tədbiq edildiyindən inhisarçılığa yol açır:

“Təbii ki, bu addımın nəinki heç bir iqtisadi əsası yoxdur, hətta hüquqi baxımdan iddia da qaldırmaq olar”

Azər Mehtiyev metro və marşurut avtobuslarında gediş haqlarının qaldırılması ilə bağlı isə bunları deyib:

“ Azərbaycanda ictimai nəqliyyatı gəlir mənbəyinə çevirdilər”

Azərbaycan manatı
Azərbaycan manatı

“Bu məsələ metropolitendən, ictimai nəqliyyat sektorundan şəffaflıq tələb edir. Cəmiyyət metropolitendə xərclərin nədən ibarət olması və onun əsaslı olub-olmaması haqda bilgiyə malik deyil. İctimai nəqliyyata gəlincə, onun bu şəkildə biznes sferasının ixtiyarına verilməsi heç yerdə yoxdur. İctimai nəqliyyat yerli bələdiyyələrin hakimiyyətində olmalı və heç bir halda mənfəət əldə edilməsinə yönəlməməlidir. İctimai nəqliyyatın funksiyası əhaliyə keyfiyyətli xidmət göstərməklə iqtisadi töhfə verməkdir. Ancaq Azərbaycanda ictimai nəqliyyatı biznesə verməklə gəlir mənbəyinə çevirdilər, nəticədə xərclərin harda formalaşdığı, nə qədər əsaslı olması haqda fikir yürütmək mümkün deyil. Qanunvericiliyə görə, Tarif Şurası qiymətləri qaldırmazdan əvvəl müvafiq qurumlar qiymət artımını əsaslandırmaq üçün sənədləri ictimailəşdirməlidir. Yəni sənədlər ictimaiyyətə açıqlanmalıdır ki, söhbət hansı xərclərdən gedir.Yəni “ bu xərclər nə qədər əsaslıdır” sualına cavab verəndən sonra, bu barədə fikir yürütmək mümkündür”.

Xatırlatma
Avqustun 30-da Tarif Şurası marşurut avtobusları və metroda gediş haqlarını 50 faiz artırdı. Bunun ardınca da Nazirlər Kabineti ölkəyə gətirilən mobil cehazlar və avtomobillərin qeydiyyat rüsumlarını yüksəltdi. Rüsum artırılması daha çox özünü mobil cehazlarda göstərdi. Nə az, nə çox 4 dəfədən, 30 dəfəyə kimi. Daha sonra da hökumət “Gömrük yığımlarının məbləğləri”nə dəyişikliklər etdi.

Gələn aydan qüvvəyə minəcək yeni qərara görə, malın gömrük dəyəri 1000 manatadək olduqda 15 manat (hazırda 10 manatdır), 1000 manatdan yuxarı və 10000 manatadək olduqda 60 manat (hazırda 50 manatdır) tutulacaq.

Beləcə, malın dəyəri artdiqca, yığımin miqdarı da artırılıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG