Keçid linkləri

Təcili xəbərlər
2023, 04 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

Gediş haqlarının artmasına rəsmi izahatlar


Bakıda avtobus sərnişinlərinin bu dərdinə kim çarə qılacaq?
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Bakıda avtobus sərnişinlərinin bu dərdinə kim çarə qılacaq?

«Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub. Bu müddət ərzində nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb».

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sərnişindaşıma xidmətlərinin tariflərinin artırılması ilə bağlı açıqlamasında belə yazılır.

Qurum vurğulayır ki, sərnişindaşımada xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılıb. Amma sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsindən ötrü investisiya qoyuluşuna imkan verməyib.

***Buna da bax-Deputat: 'Bu, digər sahələrdə də bahalanmaya səbəb olacaq'

«Daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi. Mövcud vəziyyət detallı təhlil edilərək, xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədəmüvafiq hesab olunaraq, Şuraya müraciət edilib», - qurum qeyd edir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti hesab edir ki, tariflərin qaldırılması vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq.

«Metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir»

«Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti (QSC) isə tariflərin qaldırılmasını metro tariflərinin digər ölkələrlə müqayisədə ucuz olması ilə izah edib.

«Turan» agentliyinin məlumatına görə, «Bakı Metropoliteni» QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir.

***Buna da bax-Ekspert: 'Qiymət artımı əsaslı görünmür'

«Metroda gediş haqqı MDB məkanında ən aşağı qiymətdir. Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz metro Azərbaycandadır», - deyən metropoliten sözçüsü bundan sonra xidmət keyfiyyətinin artırılacağını ifadə edib.

Ancaq bəzi müstəqil ekspertlər «Bakı Metropoliteni» rəsmilərinin hesablamasına şübhə ilə yanaşırlar. Üstəlik, onlar deyirlər ki, Azərbaycanda əmək haqları da nəinki inkişaf etmiş ölkələrdən, hətta bir çox MDB ölkələrindən aşağıdır.

Xatırlatma

İyulun 30-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gedişdən ötrü 30 qəpik müəyyən edilib. Buna qədər bu qiymət 20 qəpik idi.

Sərnişindaşıma xidməti tarifinin yuxarı həddi şəhərdaxili avtobus marşrutları üzrə də 30 qəpik olub. Şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 30-90 qəpik, şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometrə 2.4 qəpik təsdiq edilib.

Bu qərara qədər isə sərnişindaşıma xidməti tarifinin yuxarı həddi 20 qəpik idi.

Yeni tariflər bu il avqustun 1-dən qüvvəyə minəcək.

XS
SM
MD
LG