Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:57

Elektron hökumət: 'Tutalım, xaricdən satmaq üçün dərman gətirmək istəyirsən...'


Klaviatur
Klaviatur

Ekspert: “Bürokratiya ilə Elektron Hökumət qurmaq olmaz”

Prezident İlham Əliyevin yenicə imzaladığı “İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda ölkədə informasiya texnologiyalarının inkişafı nəzərdə tutulur.

İndi evdən çıxmadan kommunal, rabitə və ya hansısa dövlət borcunu ödəmək mümkündür. Sahibkarsansa, vergi və sosial müdafiə qurumlarına hesabatlarını da elə evdən göndərə bilərsən. Bank kartı, elektron bəyannamə və sürətli internet varsa, problem çıxmaz.

"Məsələn, ali məktəblərə qəbul yeni başa çatıb, tələbələrdən qeydiyyat üçün sənədlər istəyirlər. Halbuki bu sənədlər aidiyyətli dövlət qurumunda var, onlar öz aralarında vahid platformadan istifadə etməlidirlər ki, vətəndaş əziyyət çəkməsin”

Azərbaycan bir neçə ildir ki, “Elektron hökumət”ə keçib və bəzi xidmətlər üçün nazirliyin qapısı ağzında növbə tutmağa, saatlarla gözləməyə ehtiyac qalmır. Tutalım, xaricdən satış məqsədi ilə dərman preparatı gətirmək istəyirsənsə, Səhiyyə Nazirliyinin saytına girib, ora elektron müraciət göndərə bilərsən. Tələb olunan sənədlər şəxsi və vergi məlumatları, yük göndərənin yük alıcısı ilə müqaviləsi və ya bunu əvəz edən sənəd - mənşə sertifikatıdır. İcazənin verilib-verilməyəcəyi, Azərbaycanda dərman idxalçısı olmağın çətinlikləri isə başqa mövzunun suallarıdır.

Buna da bax:​ Qeydiyyatsız dərman satan cərimələnəcək

Söhbət “Elektron hökumət”dən gedir

İndi evdən çıxmadan kommunal, rabitə və ya hansısa dövlət borcunu ödəmək mümkündür.

Bu dəfə Azərbaycanda illərdir yaradılan “Elektron hökumət” xidmətlərindən söz açılacaq. “Elektron hökumət” portalına və bəzi nazirliklərin saytlarına üz tutub, xidmətlərin “elektronlaşma” dərəcəsini öyrənmək olar.

“Elektron hökumət” portalı bütün elektron xidmətlərin siyahısını verir. Onlar vətəndaşlar və ayrıca olaraq sahibkarlar üçün qruplaşdırılıb. Hansı xidmətin necə elektronlaşdırıldığını burada görmək mümkündür. Düzdür, bəzi xidmətlərə giriş elektron imza və ya “e-gov” identifikasiyası, asan imza, yaxud “Elektron Hökumət”in istifadəçiyə verdiyi ad və şifrə tələb edir. Bir çox xidmətə isə qeydiyyat tələb olunmur.

Tutalım, xaricdən satış məqsədi ilə dərman preparatı gətirmək istəyirsənsə, Səhiyyə Nazirliyinin saytına girib, ora elektron müraciət göndərə bilərsən.

Vergilər Nazirliyinin 50-dən çox elektron xidməti var. Baş Prokurorluq və bəzi digər dövlət qurumları yalnız bir elektron xidmət təklif edir. Yerli icra hakimiyyətləri isə elektron formada yalnız qəbula yazılmaq imkanı verir.

Buna da bax:​ «E-hökumət»ə tenderlər, benefisiarlar... daxil ediləcək

Xidmətlərin əksəriyyəti lisenziya və icazələrin verilməsi üçün sənəd qəbulu ilə bağlıdır. Bu xidmətlərin nə qədər effektiv işləyib-işləməməsi ayrı bir mövzudur, amma “Elektron hökumət” portalından hər gün onlarla istifadəçi yararlanır. Son rəqəm 32 milyonu ötüb. Ən çox müraciət edilən xidmət ünvanlı sosial yardım, mobil telefonların, əmək müqaviləsi bildirişlərinin qeydiyyatıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daha çox üz tuturlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: "Biz 26 adda elektron xidmətlə “Elektron hökumət”də ən çox müraciət qəbul edən qurumuq"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzadlıqRadiosu-na verilən məlumata görə, onlar 26 adda elektron xidmətlə “Elektron hökumət”də ən çox müraciət qəbul edən qurum sayılırlar: “2016-cı ilin 8 ayında "Elektron hökumət" portalına müraciətlərin 34 faizi, o cümlədən avqust ayında 29 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə yönəlib”, - qurumun sözçüsü Elman Babayev AzadlıqRadiosu-na belə deyir.

Buna da bax:​ «İş yerinə dair arayış» elektron xidməti istifadəyə verilib

Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında nazirliyin e-xidmətlərindən 4 milyondan çox, təkcə bu aysa yarım milyona yaxın istifadə faktı var.

“Rayon məhkəmələrinin saytı aktiv deyil”

Vəkil: “Əsasən, apelyasiya məhkəmələrinin və Ali Məhkəmənin saytı yaxşı işləyir".

“Apelyasiya məhkəmələrindən başqa rayon məhkəmələrinin saytı yenilənmir, orada məhkəmə qərarlarını tapmaq çətindir”, - “Elektron xidmət”in imkanlarından fürsət düşdükcə yararlanmağa çalışan vəkil Fazil Namazlının sözləridir.

O, məhkəmənin vaxtı və məhkəmə aktları barədə məlumatların sayta yerləşdirilmədiyinə diqqət çəkir: “Əsasən, apelyasiya məhkəmələrinin və Ali Məhkəmənin saytı yaxşı işləyir. Bu saytlardan məhkəmə proseslərinin vaxtını öyrənmək mümkündür, qətnamələri də yerləşdirirlər. Amma rayon məhkəmələrinin, ağır cinayət işləri məhkəmələrinin saytında yalnız hakimlər haqqında məlumatlardır. İndi bütün məhkəmə sistemini özündə cəmləşdirən yeni sayt yaradılıb: “mehkeme.gov.az”. Amma bu saytın elektron xidmətləri hələ aktiv deyil”.

“Dövlət qurumları arasında inteqrasiya yoxdur”

Osman Gündüz
Osman Gündüz

"Elektronlaşmış xidmətlərin hamısı ya aktiv deyil, ya da yenə şəxsi müraciətə ehtiyac duyulur".

Prezidentin imzaladığı Dövlət Proqramına ümidlə baxan, informasiya texnologiyaları mütəxəssisi Osman Gündüzün bəzi gileyləri var. O deyir ki, əvvəlki illərlə müqayisədə, “Elektron hökumət”də xidmətlərin aktivliyi nəzərə çarpsa da, elektronlaşmış xidmətlərin hamısı ya aktiv deyil, ya da yenə şəxsi müraciətə ehtiyac duyulur: “Dövlət qurumları arasında inteqrasiya yoxdur. Məsələn, ali məktəblərə qəbul yeni başa çatıb, tələbələrdən qeydiyyat üçün sənədlər istəyirlər. Halbuki bu sənədlər aidiyyətli dövlət qurumunda var, onlar öz aralarında vahid platformadan istifadə etməlidirlər ki, vətəndaş əziyyət çəkməsin”.

Buna da bax:​ İpotekalar elektron yolla veriləcək

“İcra hakimiyyətləri elektronlaşmayıb”

"Bürokratik sahəni elektronlaşdırmaq faciə yaradar...”.

Osman Gündüzün fikrincə, regionlarda elektron xidmət sahəsində ciddi boşluq var və bölgələrdə bir çox xidmət işləmir. “İcra hakimiyyətləri 40-dək xidmət göstərir, ancaq heç biri elektron xidmətə keçməyib”, - deyən ekspert bir məsələyə də diqqət çəkir. Onun sözlərinə görə, xidmət elektronlaşdırılmazdan əvvəl optimallaşdırılmalı, sonra elektrona keçilməlidir ki, tətbiq zamanı problem yaranmasın: “Bizdə bu sahədə də ciddi problemlər var. Bürokratik sahəni elektronlaşdırmaq faciə yaradar”.

Vergilər Nazirliyinin 50-dən çox elektron xidməti var.

Ekspert onu da vurğulayır ki, ölkədə yüksək internet əlçatımlığı olmasa, dövlət proqramının əhəmiyyəti qalmayacaq: “Elə ucqar rayon və ya kəndlər var ki, orada ADSL-lə də İnternetə normal qoşulmaq problemi yaşanır: “Halbuki, dünya artıq ADSL-dən imtina edir, optik internetin tətbiqinə keçir. Bir neçə il əvvəl bir proqram 3 il müzakirə edildi, adı beləydi: “Hər evə optik internet”. Yarım milyardlıq büdcəsi vardı, amma hansısa şəffaflıq səbəblərindən gerçəkləşmədi”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG