Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:15

-

Azərbaycanda ipotekaların verilməsi qaydaları təkmilləşdiriləcək. Prezident İlham Əliyev iyunun 22-də bununla bağlı fərman imzalayıb.

Ölkə başçısının rəsmi internet saytından yayılan fərmana görə, güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Elektron ipoteka ” sistemi yaradılacaq və 2017-ci ildən tətbiq ediləcək.

Bu sistem kreditin əldə edilməsindən ötrü bütün prosedurların elektron yolla həllinə imkan yaratmalıdır. Sistemin təşkilini və fəaliyyətini fond özü həyata keçirəcək.

Bu işdə ona Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yardımçı olmalıdır.

Fərmanda həmçinin daxili işlər, ədliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına “Elektron ipoteka ” sisteminin fəaliyyətinin təşkilindən ötrü fonda yardım etmələri tapşırılıb.

Fərmana əsasən, fond ipoteka kreditləşməsində zəruri olan bütün daxili aktları iki ay müddətində müəyyənləşdirib ölkə başçısına təqdim etməlidir.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabr ayında yaradılıb və 2006-cı ilin martında kreditlərin verilməsinə başlayıb.

Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək , illik 8 faizdən çox olmamaqla verilir.

Güzəştli kreditlər isə 50 min manatadək, 30 ilə qədər , illik 4 faizədək verilir.

Bu il prezidentin fərmanı ilə ipoteka kreditləşməsinə əlavə 200 mln ayrılıb. .

İpoteka Fondu xətti ilə bu il mayın 1-dək 730 milyon 702 min manat məbləğində 17 min 995 ipoteka krediti verilib.

Ötən illə müqayisədə ipoteka kreditlərinin verilməsinin təqribən 30 dəfə azaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG