Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:11

Əliyevlər və oliqarxlar - inhisarçı inhisarçılara qarşı?


Monopoliya ilə mübarizə İlham Əliyevin ailəsinə toxuna bilərmi?
Gözlə

No media source currently available

0:00 0:09:55 0:00

Monopoliya ilə mübarizə İlham Əliyevin ailəsinə toxuna bilərmi?

Bəzi şərhçilərin fikrincə, indi iqtisadiyyat naziri Mikayıl Cabbarov elə bir vəzifədədir ki, əslində, açar sandığı, tökər pambığı, bahalaşmaya səbəb olan monopolistlərin adlarını açıqlayar.

Onların qənaətinə görə bu nazirliyin nəzdindəki Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin vəzifəsi bazarda hökmran mövqeyə sahib olanları, bazarın 35 faizindənçoxunu ələ alanları, bir sözlə “at oynadanları” üzə çıxartmaqdır.

Amma belə deyənlər də var ki, nazir Cabbarov bu işi görəsi olsa, gərək onu bu vəzifəyə gətirən prezident İlham Əliyevdən başlasın, onun haqda qaranlıq suallara aydınlıq gətirsin.

Başa düşə bilmirəm ki, çoxlu sayda banklara sahib olmaq nə üçün lazımdır?..

Azərbaycanla bağlı araşdırmaların müəllifi, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP-nin redaktoru Miranda Patrucic bu barədə deyir:

“Əliyev ailəsinin bank sektorunu nəzarətə götürməsi barədə araşdırmamız olub. Düzünü desəm, bu araşdırmalar hətta məni təəccübləndirib də. Güman edirdim ki, hakim ailəyə bir biznesə sahib olmaq kifayət edər. Başa düşə bilmirəm ki, çoxlu sayda banklara sahib olmaq nə üçün lazımdır?.. Otelçilik, xüsusilə də beşulduzlu otelçilik biznesi sahəsində də durum eynidir. Ölkədə ən böyük, ən lüks tikinti layihələri də ailənin nəzarətində olan tikinti şirkətinə verilib”.

Jurnalist Miranda Patrucic
Jurnalist Miranda Patrucic

2015-ci ildə OCCRP-nin apardığı belə jurnalist araşdırmalarından biri “Yüksək kredit faizləri Əliyevlərin banklarını varlandırır” adlanırdı. Araşdırmada deyilirdi.

"Prezident İlham Əliyevin ailəsinə bağlı olan 8 bank (bu yalnız sənədlərlə sübut olan banklardır) ölkə bank sektorunun hardasa 20 faizini əhatə edir. Bu bankların aktivləri 3 milyard dollardan artıqdır".

Azərbaycan prezidentinin Adminstrasiyası bu araşdırmaların hamısı ilə bağlı şərh verməsə də, adətən verilən cavabları oxşar olub.

Administrasiya bir açıqlamasında bildirib ki, prezidentin övladları da hər bir vətəndaş kimi bizneslə məşğul ola bilərlər. Araşdırmaçı jurnalist Miranda Petruçiç isə deyir ki, araşdırmalara görə nazirlər də öz səlahiyyətlərindən istifadə edib, imperiyalar qurublar.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Hansı biznes sahəsində monopoliya yoxdur?
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Ailə sirləri

Prezident İlham Əliyev çıxışlarında sahibkarlığa dəstək verdiyini, bu sahədə islahatlar aparacağını deyir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov oktyabrın 27-də dövlət televiziyasına müsahibəsində deyib ki, monopoliya bahalaşma yaradır, bazar iqtisadiyyatının tələblərinə ziddir və monopoliya ilə mübarizə aparacaq:

“Bizim başlıca məqsədlərimizdən biri antiinhisar orqanını gücləndirmək, onu zəruri olan mütəxəssislərlə təmin etmək, digər tərəfdən çatışmayan qanunları qəbul etməkdir, mövcud olan qanunvericiliyin tətbiqini gücləndirməkdir. Bu sahədə fəaliyyəti həyata keçirəcəyik”.

İqtisadçı alim Qubad İbadoğlu isə deyir ki, bu monopoliyaların miqyası haqqında, cəmiyyətə, iqtisadiyyata vurduğu ziyanlar haqqında təsəvvür tam deyil. Çünki bu barədə məlumat açıq deyil, monopoliyalar haqqında məlumat verməli olan qurum - İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti belə siyasi həssas mövzular barədə susur. İqtisadçı deyir ki, yeni nazir Mikayıl Cabbarovun dövründə də bu qurumun obyektiv açıqlama verəcəyinə inanmır:

“Mən inanmıram ki, bu qurum bundan sonra müstəqilləşsin və tutaq ki, Pashaholding-in bazardakı hökmran mövqeyi ilə bağlı, və ya bazardakı başqa inhisarçi şirkətlərlə bağlı hər hansı bir arayışı təsdiq etsin və bunu açıqlasın. Bu gün biznes və siyasi hakimiyyətin bir yerdə olması, biznesin siyasi qərarlara təsir imkanlarının hələ də güclü və geniş qalması son nəticədə belə halları istisna edir”.

İqtisadiyyat Nazirliyinə bununla bağlı sorğu göndərsək də, hələ ki, cavab ala bilməmişik.

Tənqidçilər həm də bildirirlər ki, inhisarçılar barədə suallara aydınlıq gətirilməsi, azad rəqabət mühitinin təmin olunması üçün həm də 10 ildən çoxdur ki, Milli Məclisdə ilişib qalan, qəbul edilməyən "Rəqabət Məcəlləsi" təsdiqlənməli, qüvvəyə minməlidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG