Keçid linkləri

2017, 19 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:33

V.Əhmədov: 'Qiymətlərin artmasının səbəbləri öyrənilmir'


Vahid Əhmədov

«Dövlət Neft Fondundan büdcəyə transfertin həcminin yuxarı həddini müəyyən etmək üçün qanuna dəyişiklik olunmalıdır».

Deputat Vahid Əhmədov bunu 2018-ci ilin büdcə müzakirələri ilə bağlı çıxışında bildirib. Noyabrın 21-dən Milli Məclisdə büdcə müzakirəsi davam edir.

V.Əhmədov Mərkəzi Bank rəhbərinin ölkədə pul qıtlığının olmaması ilə bağlı fikirlərinə etirazını bildirib. O, son bir il ərzində 3.7 mlrd. manatın dövriyyədən çıxdığını vurğulayıb:

***Buna da bax-Deputat: 'Bəzi nazirlikləri ləğv etməyin zamanıdır'

«Ölkədə inkişaf pul kütləsi hesabına olmalıdır. Pul kütləsinin kifayət qədər olmaması hesabına 2017-ci ildə iqtisadi geriləmə baş verdiyi qeyd edilir».

V.Əhmədov həmçinin deyib ki, bank sistemində problemlər davam edir. Onun fikrincə, qiymət məsələsində dövlətin xüsusi strateji yol xəritəsi olmalıdır:

«Qiymətlərin belə artması şəraitində əmək haqları nə qədər artsa da, insanların həyat şəraitini yaxşılaşdırmaq mümkün olmayacaq».

V.Əhmədov hesab edir ki, qiymətlərin artmasının səbəbləri öyrənilmir.

***Buna da bax-Deputat: 'Əhalinin gəlirləri inflyasiyaya uyğun artırılmalıdır'

«Milli valyutanın məzənnəsi dəyişmir, ixrac idxalı üstələyir, odur ki, qiymətlərin sürətlə dəyişməsinin bazası olmalıdır. Daxildə inflyasiyanı kim yaradır, niyə qiymətlər günü-gündən qalxır?», - deyə deputat sual edib.

Rəsmi statistikaya görə, bu ilin 10 ayında inflyasiya 14 faizə yaxın olub. Ərzaq malları isə 18 faizə yaxın bahalaşıb.

Layihəyə görə, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 mlrd. 127 mln. manat, xərcləri isə 20 mlrd. 905.7 mln. manat təşkil edir. Neftin bir barreli 45 dollar götürülüb.

Gələn il büdcəyə Neft Fondundan transfert də artırılır. 2018-ci ildə büdcənin 9.216 mlrd. manatı və ya 45.8 faizi Dövlət Neft Fondundan transfert edilməlidir. Halbuki, bu il bu məbləğ 6.1 mlrd. manat nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG