Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 06:28

Deputat: 'Bəzi nazirlikləri ləğv etməyin zamanıdır'


Zahid Oruc

«Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin ləğv olunması və başqa quruma birləşdirilməsi yaxşı nümunədir. Bu davam etdirilməlidir».

APA-nın xəbərinə görə, bunu Milli Məclisin noyabrın 21-də keçirilən iclasında 2018-ci il büdcə layihəsinin müzakirələri zamanı deputat Zahid Oruc deyib. O bildirib ki, Nəqliyyat Nazirliyinin «kiçik qəlpələri» başqa bir nazirliyə tabe edilib:

«Amma ötən müddətdə gördük ki, nəqliyyat infrastrukturu çökmədi. Buradan belə bir nəticə çıxır ki, bəzi dövlət qurumlarını, nazirlik və komitələri də ləğv etməyin zamanıdır. Bunun böyük xeyrini görə bilərik. İndi bir aydır ki, büdcə sənədi təqdim olunub. Amma hökumət üzvlərimizin dövlət televiziyalarında bunun şərhi ilə bağlı çıxışlarını görməmişəm. Deməli, bəzilərinin büdcədən irəli gələn fəaliyyətləri yoxdur».

Bu ilin əvvəlində prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilib. Bu qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib. İndi həmin qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlanır.

2014-cü ildə neftin qiymətində kəskin düşüşdən sonra Azərbaycanda bəzi dövlət qurumları, bir sıra nazirliklərin yerli qurumları da ləğv edilib. Həmin nazirliklərin 4-5 rayon şöbələri birləşdirilərək, regional mərkəzlər yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG