Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:28

Elçibəyin dövründə qəbul olunmuş 'indeksasiya' qanunu niyə işləmir? [video]


İlham Əliyev maaşları əslində nə qədər artırmalıydı?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

İlham Əliyev maaşları əslində nə qədər artırmalıydı? [A-Live]

Necə etmək olar ki, bazarda qiymətlər artanda, maaşlar da ona müvafiq artsın? Maaşa baxanların gəliri inflyasiyanın yeminə çevrilməsin?

Məsələn, Mərkəzi Bankın məlumatına görə, keçən il Azərbaycanda ərzaq məhsulları 15 faizə qədər bahalaşıb.

Amma bu il prezidentin müxtəlif sərəncamları ilə büdcə təşkilatlarında çalışanların maaşı 10 faiz artıb.

Azərbaycanda 1992-ci ildə qəbul olunmuş “Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanuna görə, əhalinin alıcılıq qabiliyyətini qorumaq üçün, onların pul gəlirləri inflyasiyaya uyğun şəkildə qaldırılmalıdır.

Buna da bax: 'Bir şəxsə normal yaşamağa ayda 500 manat gərəkdir'

Beləliklə, qüvvədə olan qanuna görə, bahalaşma nə qədərdirsə, minimum əməkhaqqı alanların gəliri də o miqdarda artmalıdır.

Qanuna görə, əməkhaqqı çoxaldıqca indeksasiya azalır. Minimum halda indeksasiya 40 faiz olmalıdır.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev deyir ki, maaşlar artırılarkən bu qanun nəzərə alınmır:

Azər Mehdiyev
Azər Mehdiyev

"Bu qanun Elçibəyin dövründə qəbul olundu və icra mexanizmi yaradılmadı. Bizdə hansı qanun icra olunur ki?!"

Azər Mehtiyev deyir ki, seçki olmayan illərdə artımlar adətən yanvarın 1-də həyata keçirilir, seçki ilində isə seçki ayına yaxın. Onun sözlərinə görə, indiki halda prezident artımları siyasi məqsədlə istifadə edir.

Azərbaycanda prezident seçkisi aprelin 11-də olacaq.

Seçki qanunvericiliyi seçkidə iştirak edən prezidentin əməkhaqqı artırmasına qadağa qoymur.

Buna da bax: Bahalıq: vətəndaş süfrədən nələri kəsməli olur? [video]

Hakim partiya isə iddia edir ki, onların siyasi təbliğata ehtiyacı yoxdur, çünki siyasi rəqibləri yoxdur.

Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin əməkdaşı Akşin İbişov deyir ki, Azərbaycanda qiymətlər manatın ucuzlaşmasından sonra sürətləndi, çünki Azərbaycanda istehlak mallarının böyük hissəsi xarici ölkələrdən gətirilir.

"İstehlak inflyasiyasında əsas səbəb devalvasiya oldu. Manat 2 dəfədən artıq ucuzlaşdı, biz də xaricdən mal alırıq, bu o deməkdir ki, idxalçının xərcləri artıb".

Akşin İbişovun sözlərinə görə, belə olan halda, maaş və pensiyalar bahalaşmaya uyğun artırılmalıdır.

Buna da bax: Maaş və pensiyalar nə qədər artsın?

Biz Bakı sakinlərindən soruşmuşuq ki, onların müşahidələrinə görə qiymətlər nə qədər qalxıb, bu artım onların həyatına necə təsir edib?:

Bazarda qiymətlər nə qədər artıb?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Hakim Yeni Azərbaycan Partiyasının üzvü, iqtisadçı Əli Əlirzayev isə AzadlıqRadiosu-na deyib ki, maaşların 10 faiz artırılması normaldır:

Əli Əlirzayev
Əli Əlirzayev

"Mən 10 faiz artımı çox, yaxud az adlandırmazdım. İnstitut müəllimləri üçün 10 faiz yaxşı rəqəmdir, ancaq bizə tətbiq olunmur. Orta məktəb müəllimləri 200 manat alırsa, 20 manat artım olur. Pensiyalarda 7-8 manat artdı, inflyasiya da bu qədərdir. Sual olunur, 10 faiz hansı kateqoriyalarda artır, min manat maaş, yaxud təqaüdlərdə artırsa, bu yaxşıdır. Hər halda inkişafın göstəricisidir”.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

Keçən il əmək pensiyaları haqqında qanunda edilmiş dəyişiklik başqa bir sosial müdafiə ehtiyacı olan qrupun, pensiyaçıların pensiyası daha inflyasiyaya müvafiq deyil, orta aylıq əməkhaqqının artım tempinə uyğun artırılır. Nəticədə bu il pensiyalar keçən ilkindən iki dəfə az - 5,6 faiz artdı.

Hərçənd, bu ilin yanvarında neftin qiyməti artıb, 70 dollar civarındadır, beləliklə, büdcənin də gəlir hissəsinin artacağı gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG