Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:30

Bakıda avtomobil satışı dayanıb


Avtomobil satış yeri
Avtomobil satış yeri

Maşın bazarında alıcı gözə dəymir

«Bizim yol» qəzetində Bakıda avtomobil satışının kəskin azalmasından bəhs edən məqalə oxumaq olar.

Yazıda bildirilir ki, indi hamı gözləmə mövqeyində qalıb, nəsə almağa ehtiyat edirlər. Müəllifə görə, insanlar əllərində olan pulu dollara çevirib saxlayır ki, bu da avtomobil bazarına təsir edir.

Buna da bax:​ «Azərbaycan avtomobil istehsal etmir, yığır»

Vəziyyətin ürək açan olmadığını avtomobil bazarının satıcıları da etiraf edirlər. Onlar qəzetə bildiriblər ki, avqust ayında bazar sanki donub.

...indi hamı gözləmə mövqeyində qalıb, nəsə almağa ehtiyat edirlər.

Yazıda qeyd edilir ki, satıcılar hətta ciddi endirimlərə belə getməkdən çəkinmirlər. Müəllifə görə, qiyməti 10 min manata kimi olan avtomobillərə 1200-1500 manata qədər endirim edilir.

Amma yazıda o da vurğulanır ki, bu vəziyyət uzun müddət davam etməyəcək. Dolların bahalaşması maşınların da qiymətinə gec-tez ciddi təsir göstərəcək.

Azərbaycanı Cənubi Qafqazın lider dövləti

«Azərbaycan» qəzetində «Azərbaycan böyük qaz ixracatçısına çevrilir» sərlövhəli» məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, prezident İlham Əliyevin ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmağa yönəlmiş islahatları öz müsbət nəticəsini verir.

«Azərbaycan» qəzeti: İlham Əliyevin iştirakı ilə «Şahdəniz-2» layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasını tarixi hadisədir...

Azərbaycanı Cənubi Qafqazın lider dövləti adlandıran müəllif prezident İlham Əliyevin iştirakı ilə Bakı Dərin Özüllər Zavodunda «Şahdəniz-2» layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınmasını tarixi hadisə hesab edir. Layihə çərçivəsində hasil ediləcək qazın ildə 6 milyard kubmetrinin Türkiyəyə, 10 milyard kubmetrinin isə Avropaya nəql ediləcəyi bildirilir.

Buna da bax:​ Rusiya, Türkiyə və çoxqütblü dünya - 'Alınana oxşamır'

Müəllif dövlət başçısı İlham Əliyevdən sitat gətirməklə bütün bu uğurların kökündə keçmiş prezident Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun durduğunu vurğulayır: «Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə «Əsrin kontraktı» imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi. Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatımızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi «Əsrin kontraktı»dır».

Yazıda vurğulanır ki, Yaxın Şərqdə baş verən hadisələrə baxmayaraq Azərbaycanın öz dayanıqlı inkişafını təmin edir, digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır.

Müəllif Azərbaycanın adını qaz ixrac edən böyük dövlətlərin sırasında çəkir. Yazıda bildirilir ki, 2018-20-ci illərdə başa çatacaq TANP və TAP layihələri Avropa ölkələrini də Azərbaycan qazı ilə təmin edəcək.

Müəllifə görə, bu layihələr Azərbaycan və tərəfdaş ölkələrdən ötrü çox böyük strateji əhəmiyyət daşıyır.

Mitinqə icazə verilib-verilmədiyi bu gün, sentyabrın 9-da bəlli olacaq...

Meriya sükuta dalıb

«Azadlıq.info» saytında isə Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqə artıq, az vaxt qalsa da şəhər rəhbərliyinin sükutu müzakirə edilir.

Yazıda qeyd edilir ki, meriya yalnız müraciətin daxil olduğu barədə məlumat verib. Bununla belə ümid edilir ki, mitinqə icazə verilib-verilmədiyi bu gün, sentyabrın 9-da bəlli olacaq.

Buna da bax:​ Müsavat da mitinq qərarı verib

Yazıda şəhər rəhbərliyinin cavabının gecikməsi ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin fikirləri də yer alıb:

«İcra hakimiyyətindən bildirdilər ki, hələ, sentyabrın 9-u səhər, yəni mitinqə qədər sonuncu iş günü (hansı ki, ən geci mitinqə 3 iş günü qalmış cavab verməli idilər) mitinq müraciətimizə cavab verəcəklər. Əlbəttə, çox kobud qanun pozuntusudur, mitinq hazırlığına zərbə vurmaq üçün edirlər. Amma gəlin məsələnin yaxşı tərəfindən baxaq bu işə. Hakimiyyət artıq rəsmən etiraf edir ki, kütləvi mitinqlərdən qorxur və məhz 11 sentyabr mitinqinin kütləvi olacağını proqnozlaşdırır. Bu ölkədə hər addımda hüquqları pozulan, haqları tapdalanan, məmur özbaşınalığının qurbanı olan 100 minlərlə insanın toplaşaraq, dinc etiraz etmək hüququ var» - deyə Əli Kərimli bildirir.

Azərbaycanda korrupsiya sistemlidir. Sistemi dəyişmək lazımdır...

Korrupsiya ilə mübarizənin yolları haradan keçir?

«Novoye Vremya» qəzetində dərc edilən «Kəmiyyət yox, keyfiyyət» sərlövhəli məqalədə ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər dəyərləndirilir.

Müəllif korrupsiyadan qaça bilməkdən ötrü bir çox rəsmi qurumların dövlət funksiyalarının «ASAN-xidmət»ə verilməsini təqdir edir. Amma o qeyd edir ki, bununla dövlət qurumlarında korrupsiyanın kökü tamamilə kəsilmir.

Buna da bax:​ Korrupsiya ilə mübarizə bölmələri yaradılır

Yazıda bu günlər dövlət qurumlarında korrupsiyaya qarşı mübarizə məqsədi ilə yeni bölmələrin yaradılmasının müzakirəyə çıxarılması da nəzərdən keçirilir. Amma müəllif bütün bunların ciddi effekt verəcəyinə bir qədər şübhə ilə yanaşır. Yazıda qeyd edilir ki, büdcə təşkilatında çalışanlar korrupsiya faktları ilə həmin yaradılması nəzərdə tutulan bölmələrə müraciət etməkdən ehtiyatlanacaqlar.

Müəllifə görə, Azərbaycanda korrupsiya sistemlidir. Sistemi dəyişmək lazımdır, çünki, korrupsiyanı bu sistem özü doğurur: «Yeri gəlmişkən, ölkədə müstəqil məhkəmə sistemi qurmadan korrupsiyaya son qoymaq nəticə verməyəcək

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG