Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:01

Açıq danışmaq istəməyən tələbələr deyirlər ki... [video]


Sahibkarlar Prezidentə üz tutdu: 'Bunlar xalqın düşmənidir'
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Sahibkarlar Prezidentə üz tutdu: 'Bunlar xalqın düşmənidir' [A-Live]

Ali məktəblərdə semestr imtahanlarını pulla vermək mümkündürmü? Başqa sözlə, universitetlərdə rüşvət varmı?

Tələbələr deyirlər ki, bəzi universitetlərdə bu, yığışdırılsa da, bəzilərində hələ də obrazlı desək, piştaxta altından qiymət almaq olur.

Amma pulla qiymət almaq üçün indi gərək tanışın ola, özün təşəbbüs göstərəsən. Başqa sözlə, “oxuyan qiymət alır” tendensiya son illər Bakıdakı əksər universitetlərdə bərqərar olub.

Tələbələr və müəllimlər qiymət və universitet haqqında açıq və detallı danışmağa həvəsli deyillər.

Buna da bax: Cənub zonasında daha bir məktəb qapadılıb

Adının çəkilməsini istəməyən bir universitet müəllimi deyir ki, keçmiş təhsil, indiki vergilər naziri Mikayıl Cabbarov bir neçə universitetə rektor təyin edib və onların qarşısında rüşvət almamaq barədə şərt qoyub. Onlar da bu şərtləri yerinə yetirirlər. Bunlara, Dövlət Pedaqoji Universitetini və Dövlət İqtisad Universitetini misal göstərmək olar. Bu məktəblərin tələbələri onlardan əsasən rüşvət tələb olunmadığını deyirlər.

Buna da bax: İşsiz-peşəsiz peşə məktəbləri...

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsi Zəka Mirağayev isə 2017-ci ildə öz fakültəsində rüşvət tələb olunması barədə məqalə dərc edib. Həmin məqalədən sonra, dekan müavini Nigar İsmayılzadə onu məhkəməyə verib. Məhkəmə Zəka Mirağayevə, aylıq əməkhaqqısının 15 faizi tutulmaqla, 1 il islah işlərinə məhkum etsə də, iddiaçı tərəf bunu çox yüngül cəza hesab edir. Tələbəni xüsusi ittiham qaydasında məhkəməyə vermiş həmin fakültənin dekan müavini onun həbs olunmasında israrlıdır.

Zəka Mirağayev
Zəka Mirağayev

Tələbə deyir ki, məhkəmənin qərarından narazıdır. Deyir ki, dövlət qurumları da onu müdafiə etmədi:

"Təhsil Nazirliyinin cavabı universitetin öz komissiyasının cavabı idi. Əlbəttə ki, universitet öz mənafeyini qoruyacaq. Korrupsiya ilə mübarizə idarəsindən isə heç bir cavab gəlmədi, dedilər araşdıracağıq, amma heç nə olmadı".

Buna da bax: Pedaqoq: 'Dərslər formal keçilir, uşaqlar oxumur...'

Deyilənlərlə bağlı Təhsil Nazirliyinə sorğu göndərdik, günün sonuna qədər cavab ala bilmədik. Nazirliyin mövqeyi budur ki, onlar rüşvət barədə faktlar olarsa, araşdırırlar.

Korrupsiya ilə Mübarizə İdarəsi isə son açıqlamasında ölkədə rüşvətlə yetərincə mübarizə aparıldığını bildirir.

Açıq danışmaq istəməyən tələbələr deyirlər ki, bəzi universitetlərdə “tapşırıq” hələ də var - daydayı olanın qiyməti yuxarı olur.

Son illərin dəyişən tendensiyası budur ki, kəsilən tələbə, dövlət hesabına oxuyursa belə, kəsiri qalan fənnin kreditləri üçün dövlətə pul keçirməlidir.

Buna da bax: Saxta diplomlarda deputatın imzası var...

Təhsil xidmətləri araşdırma mərkəzinin rəhbəri Kamran Əsədov deyir ki, bu mexanizm qanunsuz ödəmələrin qarşısını alıb.

Kamran Əsədov
Kamran Əsədov

Başqa bir tendensiya isə devalvasiyadır. Tələbələr deyirlər ki, iqtisadi çətinliklərə görə, qiymətini pulla artırmaq istəyənlərin sayı azalıb.

Kamran Əsədov deyir ki, bəzi universitetlərdə qanunsuz ödəmələr problemlər hələ də qalır:

"Bir çox ali təhsil müəssisələrindən ciddi şikayətlər daxil olur. Bu daha çox özəl və regionlarda yerləşən ali təhsil müəssisələri ilə bağlıdır. Bakıda şəffaflıq təmin olunub, semestr imtahanlarını yoxlayanlar kənardan gətirilir, imtahan kompüterlə keçirilir. Regionlarda isə bu, ənənəvi yolla edilir. İqtisad Universiteti, Bədən Tərbiyəsi Akademiyasında imtahan kompüterlədir. İnsan faktları olan universitetlərdə qeyri-obyektivlik danılmaz faktdır".

Buna da bax: Müəllim qul bazarından kababçı gedir

Zahid Oruc
Zahid Oruc

Milli Məclisin üzvü Zahid Oruc keçən ilin dekabrında təhsil nazirliyinin internet saytına müsahibəsində deyib ki, Mikayıl Cabbarovun təhsil nazir olandan sonra, hər zaman korrupsiya hallarına yol verilən tələbə köçürmələri elektronlaşdırılıb, bu sahədə şəffaflaşdırma aparılıb. Hökumət rəsmiləri bu nazirin dövründə bir çox islahatların getdiyini deyirlər.

Keçən ilin dekabrından, Mikayıl Cabbarov vergilər naziri təyin olunandan bəri, təhsil naziri postu boşdur.

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Nabatəli Qulamoğlu AzadlıqRadiosu-na deyib ki, təhsildə rüşvətin tam yığışdırılması üçün dövlət idarəetmə sistemi özü korrupsiyadan azad olmalıdır.

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır. 2016-cı il hesablamasına görə, 176 ölkə arasında 123-cü yerdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG