Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:06

İmtahanların nəticələri açıqlanıb


İllüstrasiya
İllüstrasiya

İyulun 22-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.

Dövlət İmtahan Mərkəzi (DİM)I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədarApelyasiya Komissiyası da yaradıb.

Apelyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir.

Abituriyentlər Apelyasiya Komissiyasınaiyulun 23-dən 25-nə kimi saat 10‑dan 17-ə qədər şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməkləmüraciət edə bilərlər.

Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.

Buna da bax: İmtahan gedən universitetdə yanğın

Xatırlatma

İyulun 22-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin I və IV ixtisas qrupları üzrəimtahanları keçirilib.

Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilir ki, imtahan 11 şəhərdə, ümumilikdə 55 binada aparılıb. İmtahan prosesinin idarə olunmasından ötrü operativ qərargah fəaliyyət göstərib.

DİM-in məlumatına görə, I qrup üzrə 23 min 510, IV qrup üzrə isə 4 min 451 abituriyentin imtahan verməsi nəzərdə tutulurdu.

Abituriyentlərdən 25 min 500 nəfəri Azərbaycan, 2 min 461 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 16 min 437 nəfəri oğlan, 11 min 524 nəfəri isə qızlardır.

İyulun 22-si imtahan zamanı Nərimanov rayonunda, Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib. Yanğının imtahan keçirilən binaya keçmə ehtimalı olmasa da, tüstülənmə baş verib və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün iştirakçıların imtahan binasından təxliyə olunması barədə qərar qəbul olunub:

"Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərə yenidən bu imkanın yaradılacağı açıqlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG