Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:04

İlkin Rüstəmzadəni həkim yoxlayıb


İlkin Rüstəmzadə

NİDA Vətəndaş Hərəkatının həbsdəki üzvü İlkin Rüstəmzadə mədə xorası xəstəliyindən əziyyət çəkir. Gənci yoxlayan həkimlər belə deyiblər.

Bu haqda İ.Rüstəmzadə yaxınlarına telefonla məlumat verib.

NİDA-çı gəncin bundan əlavə nevrozdan əziyyət çəkdiyi bildirilir. Bununla belə, onun müalicəsindən ötrü hər hansı addım atılmır.

«Penitensiar Xidmət müalicə olunmağıma imkan vermir», - deyə gənc yaxınlarına bildirib.

Penitensiar Xidmətdən gəncin bu dediklərinə, hələlik, münasibət almaq mümkün olmayıb.

İ.Rüstəmzadə ötən ayın sonlarında kəskin ağrılarının olması barədə açıqlama vermişdi. Ardınca Penitensiar Xidmətin Baş Tibb İdarəsi İlkin Rüstəmzadənin vəkilinə bildirmişdi ki, onun səhhəti ilə maraqlanacaqlar.

XATIRLATMA

İ.Rüstəmzadə 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbs olunub.

Ona Azərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq hesab edir ki, İ.Rüstəmzadə Bakı bulvarında «Harlem Shake» rəqs fleşmobu təşkil edərkən xuliqanlığa yol verib. Fleşmob YouTube-də də yerləşdirilib.

Sonradan İ.Rüstəmzadə və digər yeddi fəala kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.

Hazırda Avropa İnsan Hüquqları Məhkəməsi İ.Rüstəmzadə ilə bağlı iki şikayəti araşdırır.

«Amnesty International» İ.Rüstəmzadəni vicdan məhbusu kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG