Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 03:37

Metronun yeni stansiyası açıldı - [fotolar]

Prezidenti İlham Əliyev aprelin 19-da Bakı Metropoliteninin yeni bənövşəyi xəttinin «Avtovağzal» və «Memar Əcəmi» stansiyalarının açılışında iştirak edib. Xəbəri AZƏRTAC yayıb.

«Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov prezidentə gələcək planlarla bağlı məlumat verib. O deyib ki, gələcəkdə metropoliten 2-si mövcud, 3-ü əlavə olmaqla 5 xətdən, 76 stansiyadan və 119 kilometr uzunluğunda yeraltı yollardan ibarət olacaq. 2030-cu ilədək 53 yeni stansiya inşa ediləcək.

«Avtovağzal» stansiyasının tikintisinə 2009-cu ilin sentyabrından başlanılıb. Stansiya kompleksinin ümumi uzunluğu 560 metrə yaxındır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 eskalator, çıxışlarda 8 travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsinə isə lift verilib.

Tunellərin hazırlıq işlərinə 2011-ci ilin fevralında, tikintisinə isə həmin ilin sentyabrında başlanılıb.

«Memar Əcəmi» stansiya kompleksinin ümumi uzunluğu 168.5 metrdir.

Bölmələr

XS
SM
MD
LG