Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 05:10

Azərbaycan prezidenti türkiyəli həmkarına başsağlığı verib


Ilham Əliyev, 2016

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 31-i gecə İstanbulda törədilən terror aktı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

AzərTAC-ın məlumatına görə, başsağlığı məktubunda deyilir:

“İstanbulda gecə klubunda bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum törədilməsi, çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıdıb”.

İlham Əliyev bildirib ki, dinc insanlara qarşı bu xain əməlindən hədsiz dərəcədə hiddətlənib və “terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətlə və ardıcıl mübarizəni” dəstəkləyir.

Multimedia

XS
SM
MD
LG