Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:06

İlham Əliyev: 'Bizdə gözəl mebel istehsal olunur'


Azərbaycanda mebel mağazası

«Hər bir kiçik məmur istəyir ki, onun kabinetində xarici mebel olsun. Nə üçün? Bu, nə ədabazlıqdır? Bizdə gözəl mebel istehsal olunur. Təkcə bu, «Embawood» şirkəti deyil. Bizdə bəlkə də mebel istehsal edən onlarla şirkət var. Amma di gəl ki, yüksək və kiçik vəzifəli dövlət məmurlarımız onu bəyənmirlər. Özü də onun keyfiyyəti heç bir başqa mebeldən fərqlənmir. Amma deyir ki, “yox, bu, Azərbaycan malıdır, mən bunu özümə rəva bilmirəm”. Mənim üçün gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoyulmalıdır! Bütün dövlət məmurlarının kabinetlərində bundan sonra yerli mebellər olmalıdır».

Bu sözləri 2016-cı ilin yanvarında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda prezident İlham Əliyev demişdi. O, dövlət orqanlarını – Hesablama Palatası, Maliyyə Nazirliyi və digər nəzarət orqanlarını bu məsələni diqqətdə saxlamağı tapşırmışdı.

Buna da bax:​ 'Azərbaycana mallar əvvəl idxal olunur, sonra ixrac...'

31 MİLYON MANATLIQ GƏLİR

Azərbaycandan (Masallı, Xırdalan, Sumqayıt mebel fabrikləri) başqa, Gürcüstan, Ukrayna və Qazaxıstanda mebel və mebel hissələri zavodlarına sahib olan «Embawood» şirkəti 2016-cı ildə satışlarını 36,7 faiz artırıb. Lakin şirkətin illik maliyyə hesabatına yalnız Azərbaycandakı müəssisələrinin satışlarından əldə olunan gəlirlər daxil edilib.

«Embawood» MMC 2006-cı ildəki satışlarının pərakəndə və dövlət bölməsi üzrə strukturunu təqdim etmir. İqtisadiyyat Nazirliyinin dövlət satınalmalarına dair illik hesabatına əsasən, şirkət 2016-cı ildə dövlət qurumlarına (Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, «Azərekspresspoçt», Milli Ensiklopediya Elmi Mərkəzi, Torpaqların İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) 9 satınalma müsabiqəsi yolu ilə 340 min manatlıq mebel satıb.

Buna da bax: Dad inhisar əlindən!

Maliyyə hesabatında deyilir ki, 2016-cı ildə mebel satışından 31,4 milyon manatlıq gəlir götürülüb. Gəlir 8,4 milyon artıb. Lakin xammal və material xərcləri (16,7 milyon manat), eləcə də yüksək inzibati məsrəflər (11,7 milyon manat) səbəbindən şirkət vur-tut 1,4 milyon manat mənfəət götürə bilib.

55 MİLYON MANATLIQ BORC

«Embawood» MMC 2015-2016-cı illərdə təxminən eyni məbləğdə – 280 min və 300 min manat mənfəət vergisi ödəyib. Lakin 2017-ci ilin əvvəlinə onun vergilər və digər məcburi ödəmələr üzrə 6 milyon manatdan çox aktivi var.

Buna da bax:​ İdxal bahalandıqca, saxta mal istehsalı artır

Şirkətin kredit öhdəlikləri də bu dövrdə yerində saymayıb. 2016-cı ildə banklardan götürülən kreditlər hesabına borc 36 milyon manatı keçib. Bunun 16 milyonu 2016-cı ildə «Paşa Bank» ASC-dən uzun müddətə götürülüb. Bundan başqa «Embawood» MMC-nin həmin banka 1 milyon 200 min manat məbləğində qısamüddətli kredit borcu da var. Şirkətin həm də «Bank of Baku», «Bank VTB – Azərbaycan», «Landesbank» və Qara Dəniz Ticarət və İnkişaf Bankına da kredit borcu var. Ümumilikdə şirkətin borcları 55 milyon manata çatır.

«Embawood» MMC 1996-cı ildə qurulub və 3 Azərbaycan vətəndaşına (Elşad Abbasov, Məşhur Məmmədov Bəşir Sultanov) məxsusdur. Şirkətin mülkiyyətində «Masallı Konserv Zavodu» ASC-nin nəzarət səhm zərfi də var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG