Azərbaycan Ordusunun iki hərbçisisinin avtomobil qəzası nəticəsində həlak olduğu bildirilir.
Verilən məlumatlara görə, hadisə yanvarın 28-də Murov silsiləsində aşırımların birində baş verib.
Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər. Amma hələlik, bu məsələ ilə bağlı onların ailə üzvləri ilə danışmaq mümkün olmayıb.
Kiçik Qafqzın Murov silsiləsində bəzi yüksəkliklər işğaldan yeni azad edilib.
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.