Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

‘İranlılar özləri deyirlər ki, zavodları bağlanır’


Astara Gömrük keçid məntəqəsi
Astara Gömrük keçid məntəqəsi

Astara sərhəd keçid məntəqəsinin önündə ticarətlə məşğul olan sahibkarlar deyirlər ki, son bir ayda İranda ərzaq məhsullarının qiyməti ümumilikdə 10 fazdən çox artıb.

“Bu SSRİ-inin dağılması ərəfəsində baş verənləri xatırladır”

Adının çəkilməsini istəməyən mağaza sahibi vəziyyətin gündən-günə pisləşdiyini deyir:

“İrandan gətirilən ərzaq məhsullarının satışı ilə məşğulam. Bir neçə gün əvvəl konfetin bir kiloqramını 1 manat 50 qəpiyə almışdım. İndi onun qiyməti 2 manata qaxıb. Elə ərzaq məsulu var ki, İran Astarasında bir həftədə 100 faiz bahalaşıb. Ramazan ayı ( Miladi təqvimi il 2019-cu ildə mayın 6-dan iyunun 5-nə qədər. Bu ayda müsəlmanlar oruc tutur-red) ilə bağlı bazar bir az aktivləşib. Kişmiş, düyü, xurma daha çox gətirilir. Bizim əhali orada əlinə nə keçir gətirir. Bu SSRİ-inin (Sovet Sosialist Respublikalar İttifaqı.Azərbaycanın da daxil olduğu bu ölkə 1991-ci ildə süqut edib-red) dağılması ərəfəsində baş verənləri xatırladır. O vaxtları mağazalarımız mallarla dolu idi. İranlılar malları ucuz qiymətə alıb aparırdılar. Mağazalar boşaldı. Hər gün iranlı tacirlərlə ünsiyyətdəyəm.Vəziyyət yaxşı deyil. İranlıların özləri deyirlər ki, zavodları bağlanır. Ordakılar benzinin bahalaşmasını gözləyirlər. ”

​“İran gömrüyündə adamları daha tez yola salırlar”

Tehranda bazar, 4 mart 2019
Tehranda bazar, 4 mart 2019

Müşahidəçilər İrana gedən azərbaycanlıların sayınn gündən-günə artığını deyirlər. İrandan qayıdan bir Azərbaycan vətəndaşı deyir ki, Astara gömrüyündə növbələr saatlarla uzanır:

“İran gömrüyündə adamları daha tez yola salırlar. Bizim camaat İrana gedəndə, əsasən əliboş gedir. Gələndə əlidolu qayıdırlar. Ona görə də bizdə növbələr yaranır. Mən hər dəfə bazarlığa gedirəm. Əsasən gecə vaxtı İrana gedirəm. Gecə vaxtları adam az olur. Orada mağazlarda əvvəlki kimi bolluq yoxdur. Apteklərda da hər dərmanı tapmaq mümkün deyil. Gərək İran vətəndaşından xahiş edəsən ki, sənin üçün dərman alsın. Görəndəki bu taydanıq dərmanı baha verirlər.”

“Amerika dolları və onunla yanaşı manat bahalaşmaqda davam edir”

Manat və dollar
Manat və dollar

Astara rayon sakini Fayıq Cəfərzadə İrana getmələrinin səbəbini belə izah edir:

“Amerika dolları və onunla yanaşı manat bahalaşmaqda davam edir. Orada istehlak mallarının qiymətləri bizdəkilərdən bir neçə dəfə ucuzdur. Camaat da ora qaçır. Alver və bazarlıq etmək məqəsdi ilə, xəstəliklə bağlı gedənlər, qohumlarına baş çəkmək istəyənlər var. Bu illər ərzində bizdən oraya ərə gedənlər də olub.”

Onun sözlərinə görə, problem həm də Azərbaycanda kasıbların çox olmasındadır:

“İrana əsasən kasıblar gedir. Varlının orda nə işi var? Gedir ki, 5-6 manat pul qazansın...”

​“İrandan Azərbaycana gəlib torpaq və ev alanların sayı da artıb”

Faiq Cəfərzadə
Faiq Cəfərzadə

Faıq Cəfərzadə deyir ki, son zamanlar İrandan Azərbaycana gəlib torpaq və ev alanların sayı da artıb:

“Bakıda ev alanların sayı daha çoxdu. Amma rayonlarda da var. Dəniz kənarı ərazilərdə torpaq alırlar, ev tikirlər. İran sanksiyalara məruz qalıb. Orada əhali narahatdır. Pullarının batacağından qorxurlar.”

İranın Məşhəd şəhərindən ziyarətdən qayıdan bir zəvvar da deyir ki, oranın ziyarətgahlarında Azərbaycan vətəndaşları çoxluq təşkil edir:

“Məşhəddə hara getdim özümüzkiləri gördüm.”

Astara gömrük keçid məntəqəsi sutkada 24 saat işləyir.

Rəsmi məlumatlara görə, ötən il İrana gedən Azərbaycan vətəndaşların sayı 71,8 faiz artıb.

Vətəndaşların gömrükdə növbələrlə bağlı narazılığına Azərbaycan Dövlət Gömrük Komitəsindən münasibət almaq cəhdlərimiz isə nəticə vermədi. Amma bu qurumdan dəfələrlə bildiriblər ki, vətəndaşlar onlara müraciət edəllərsə şikayətləri araşdırılar.

“İran pulu dəyərdən düşdükcə ucuz bazar bizim adamları ora çəkir”

İqtisadçı Əlipənah Rzalı isə İrana alış-verişə gedən Azərbayca vətəndaşlarının sayının çoxalmasına belə münasibət bildirir:

“İran pulu dəyərdən düşdükcə ucuz bazar bizim adamları ora çəkir. Bu nə qədər çəkər bilinmir.O vaxta kimi bizim adamlar oraya gedəcəklər.”

​“Bizdə monopoliyadır”

İqtisadçı daha sonra da bunları əlavə edir:
“İş ondadır ki, Gürcüstan və Rusiya sərhədlərində də təqribən eyni vəziyyət var.O, ölkələrə yaxın ərazilərdə yaşayan əhali onların bazarlarına üz tuturlar. Sovet dövründə Azərbaycan vətəndaşları yağ və ət almaq üçün Gürcüstana və Rusiyaya gedərdilər. Çünki bu məhsullar oralarda ucuz idi. Bizdə monopoliyadır. Kim nə deyir desin. Monopoliya bazarımızı məhv edib...”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG