Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:42

İranda etirazlar şiddətlənir, parlament müzakirəyə başlayır-Yenilənir


Tehran, 16 noyabr 2019

İran hökumətinin qiymət artımına etirazlara reaksiyası şənbə günü günortadan sonra getdikcə şiddətlənib. Məlumatlara görə, Şiraz, Buşehr və Tehranda atəş səsləri eşidilməkdədir.

Sosial mediada yayılan qeyri-rəsmi məlumatlarda ən azı 10 etirazçının öldürüldüyü bildirilir. Ancaq AzadlıqRadiosu bu məlumatları hələki rəsmi və müstəqil mənbələrdən dəqiqləşdirə bilməyib. Bundan başqa aksiyalar fonunda ölkənin bir çox yerlərində internet və mobil rabitənin kəsildiyi bildirilir.

Noyabrın 16-da Sircan şəhərindəki aksiyalarda bir nəfərin ölməsi barədə məlumatlar təsdiqlənib. Amma Sircanın qubernatoru həmin şəxsin məlum olmayan şəraitdə öldürüldüyünü və bir neçə nəfərin də yaralandığını deyib.
Bundan əvvəl verilən rəsmi xəbərlərdə bildirilirdi ki, noyabrın 15-də Sircanda bəzi etirazçılar neft anbarını yandırmağa cəhd göstərib, amma İran təhlükəsizlik qüvvələri bunun qarşısını alıb.

Isfahan şəhərinin mərkəzi, 16 noyabr 2019
Isfahan şəhərinin mərkəzi, 16 noyabr 2019

Tehran yaxınlığındakı Şiraz, Behbahan və Kərəcdə nümayişçilərin güllələnməsinə dair təsdiqlənməmiş məlumatlar da var.

Bu arada Təbriz şəhərindən gələn videolarda xalqla çevik qüvvələr arasında şiddətli qarşıdurmaların olduğu, Behbahan şəhərində bir bankın yandığı görünür.

İranın ali lideri Ali Khamenei yanacağın qiymətinin qaldırılması qərarını dəstəkləyib və İranın “düşmənlərini” “təxribat” da günahlandırıb.

Vəziyyəti sakitləşdirmək üçün iki nüfuzlu ayətullah, Safi Golpayegani və Alavi Qorqaninin parlamenti qiymət artımını geri almağa çağırıb.

İran parlamenti vəziyyətin müzakirəsi ilə bağlı şənbə günü toplansa da sonradan iclas bazar gününə keçirilib. Gündəlikdə əsas məsələ yanacağın qiymətinin ləğvi ilə bağlı parlamentin təcili iclasının çağırılmasıdır.

Amma hələ İran parlamentinin belə qərarı ləğv etmək səlahiyyətinin olub-olmadığı məlum deyil.

Xatırlama

İranda etiraz aksiyaları ölkədə yanacağın qiymətinin qaldırılmasından sonra başlayıb. Noyabrın 14-də məlum olub ki, ölkədə litri 9 sentə olan benzin yeni artımdan sonra 12,7 sentə satılacaq və aylıq limit 60 litr olacaq. Bundan başqa taksi, təcili tibbi yardım maşınları üçün limit 500 litr civarında müəyyən edilib, bu limitdən sonra isə benzinin 1 litri 26 sentdən hesablanacaq.

Dolanışıq səviyyəsinin aşağı olmasına etiraz olaraq 2017-ci ildə İranın 80-ə yaxın yaşayış məntəqəsində kütləvi etirazlar olub, həmin vaxt 20-dən çox adam ölüb.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG