Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:45

İranda benzin satışına kvota qoyulub, qiymət qaldırılıb


Tehranda yanacaqdoldurma məntəqəsi, 1 may, 2019-cu il
Tehranda yanacaqdoldurma məntəqəsi, 1 may, 2019-cu il

İranda neft satışına kvota tətbiq olunub və qiymət qaldırılıb. Bu ölkə iqtisadiyyatının ABŞ sanksiyalarından ciddi ziyan gördüyü dönəmə təsadüf edir.

Milli Neft Məhsulları Paylayıcı Şirkəti noyabrın 14-də bildirib ki, özəl avtomobil sahibləri ayda 60 litrədək benzin satın ala bilərlər. Bir litr benzinin qiyməti 9 sentdən 12,7 sentə qaldırılıb.

Taksi və ambulanslara isə 500 litrədək benzinin litri 12,7 sentə satılacaq.

Bu kvota keçiləndən sonra bir litr benzinin qiyməti 26 sent olacaq.

Hökumət subsidiyaları nəticəsində İran dünyada benzinin ən ucuz satıldığı ölkələr sırasındadır.

Ölkədə nəhəng enerji ehtiyatlarının mövcudluğuna baxmayaraq, emal qabiliyyətinin zəifliyi daxili tələbatı ödəməyi əngəlləyir. Beynəlxalq sanksiyalar bu problem daha da dərinləşdirib, çünki obyektlərin bərpası və modernləşməsi üçün gərəkən ehtiyat hissələrin satışı məhdudlaşıb.

Kvota 2007-ci ildə etirazlara səbəb oldu

Yanacaq kvotası 2007-ci ildə keçmiş prezident Mahmud Ahmadinejad tərəfindən tətbiq olunub. Bu, qəzəb və zorakılıq doğurmuş, bir neçə benzindoldurma məntəqəsi yandırılmışdı. Kvota 2015-ci ildə dayandırıldı.

Birləşmiş Ştatlar 2018-ci ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa etdi. Bundan sonra iranlıların çoxu kvotanın bərpa olunacağını təxmin edirdilər.

Hələ mayda iranlı sürücülər yanacaqdoldurma məntəqələrində növbəyə duraraq yanacaq çənlərini doldurmağa çalışırdılar. Onda kvotanın mayın 2-dən qüvvəyə minəcəyi haqda şayiələr dolaşırdı.

O zaman İranın Neft naziri Bijan Namdar Zangeneh şayiələri təkzib edərək “yalan” adlandırdı.

İranın Daxili İşlər Nazirliyinin sözçüsü Razmezan Shojaei Kaisari mayın 2-də deyirdi ki, kvotanın “miqyası” və “vaxtı” barədə yekun qərar verilməyib və məsələ nəzərdən keçirilir.

İran Prezidenti Hassan Rohani-nin noyabrın 12-də deməsinə görə, son aylar ölkə onilliklərin “ən çətin dönəmi”ndən keçir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG