Keçid linkləri

Təcili xəbərlər
2019, 13 Dekabr, Cümə, Bakı vaxtı 16:49

İrandakı etirazarda azı bir nəfərin öldürüldüyü xəbər verilir


İranda aksiya

İranda benzinin bahalaşmasına görə, başlayan etirazarda bir nəfərin öldüyü xəbər verilir.

Sircanın qubernatoru noyabrın 16-da verdiyi açılamasında həmin şəxsin məlum olmayan şəraitdə öldürüldüyünü və bir neçə nəfərin də yaralandığını deyib.
Bundan əvvəl verilən rəsmi xəbərlərdə bildirilirdi ki, noyabrın 15-də Sircanda bəzi etirazçılar neft anbarını yandırmağa cəhd göstərib, amma İran təhlükəsizlik qüvvələri bunun qarşısını alıb.

Bir gün əvvəl başlanan aksiyaların noyabrın 14-də İranda benzinin qiymətinin bahalaşması ilə bağlı olduğu bildirilir. Beləki həmin gün benzinin 1 litrinin 0,9 sentdən 12,7 sentə qaldırıldığı və aylıq limitin 60 litr olduğu açıqlanıb. Bundan başqa taksi, təcili tibbi yardım maşınları üçün limit 500 litr civarında müəyyən edilib, bu limitdən sonra isə benzinin 1 litri 26 sentdən hesablanacaq.

Beləki İrana qarşı iqtisadi sanksiyalar onu məcbur edir ki, daxili təlabatı özü ödəsin, amma ölkənin emal gücü, avadanlıqların müasir olmaması buna imkan vermir.

Məlumatlarda qeyd olunur ki, indiki etirazlar əvvəllər olduğu kimi geniş yayılmasa da fevralda keçiriləcək parlament seçkiləri ərəfəsində prezident Həsən Rohaniyə əlavə təzyiq ola bilər.

Yanacağın bahalaşması ilə bağlı bundan əvvəlki illərdə də hökumətin qərarları olub, amma etiraz aksiyalarından sonra İran hakimiyyəti güzəşdə getməli olub.

.




Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG