Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:06

İşgəncədə təqsirli bilindi, cəzalandırılmadı


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Qaradağ rayonu, 10-cu polis bölməsinin rəis müavini Əliqulu Ağaliyev oğurluğa görə tutulan vətəndaşa işgəncə verilməsinə görə cinayət məsuliyyətinə cəlb olunub. Xeyli vaxtdır ki, bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılırdı. O, istintaq və məhkəmə dövründə həbsdə olmayıb, haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mayın 13-də məhkəmənin onun haqqında hökmü elan edilib. Ə.Ağaliyev vətəndaşa işgəncə verilməsində təqsirli bilinsə də, cəzalandırılmayıb. İradə Həsənzadənin sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, sabiq rəis müavininin ittiham olunduğu maddə üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.

Ə.Ağaliyev CM-in 293.2-ci (xidməti vəzifəsini yerinə yetirən vəzifəli şəxsin özü tərəfindən, yaxud onun təhriki, razılığıyla, o, xəbərdar olduğu halda başqaları tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham olunurdu. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Hakimlər ittihamı CM-in 293-cü maddəsinin 1-ci bəndinə tövsif edib. Bu bənddə işgəncə əlamətləri olmadan, qeyri-insani, insan ləyaqətini alçaldan rəftardan söhbət gedir. CM-nin 293.1 maddəsində cəza da nisbətən yüngüldür – 4 min manatdan 6 min manata qədər cərimə, yaxud da 2 ilə qədər azadlıqdan məhrumetmə.

Sabiq polis polkovniki məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyib. Zərərçəkən Ə.Allahverdiyev isə məhkəməyə ərizəsində polis bölməsində döyüldüyünü bildirsə də, ona qarşı şikayət və tələbi olmayıb.

Cinayət işinin materiallarında yazılıb ki, oğurluqda suçlanaraq saxlanılan Ə.Allahverdiyev 10-cu polis bölməsində rəis müavini Ə.Ağaliyevin xidməti otağında döyülüb. İddia olunur ki, onu döyən iki nəfərin kimliyini istintaq müəyyənləşdirə bilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG