Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:43

‘Hökumətə manat xəbərdarlığı’-media icmalı


Manat və dollar
Manat və dollar

Bakının “Formula-1” hazırlıqları, çay basmasının Lənkəran rayonunda yaratdığı problemlər, Azərbaycana manatla bağlı xəbərdarlıq və başqa məsələlər medianın aprıcı mövzularındandır...

“Məzənnəsinin sabit qalması müəssisələr və istehlakçıların arxayınçılığı ilə nəticələnə bilər ”

“ Marja.az” saytı-nda “Azərbaycan hökumətinə "Manat xəbərdarlığı" – “ Arxayınlaşma ilə nəticələnə bilər”” sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu günlər beynəlxalq kredit reytinqi agentliyi "Moody's Investors Service" ("Moody's") Azərbaycan hökumətinə və Mərkəzi Bankına xəbərdarlıq edib.

Saytın məlumatına görə, Agentlik Azərbaycanın reytinqini təsdiq edərək açıqlama yayıb.

Açıqlamada bildirilir ki, manat 2015-ci ilin dekabr ayında "üzməyə" başlamış, amma 2017-ci ilin əvvəlindən ABŞ dollarına qarşı çox sabit olub.

Yazıda vurğulandığına görə, "Moody's" hesab edir ki, məzənnədə qeyri-sabitliyin olmaması sual doğurur, çünki "üzən məzənnə" rejimi barədə Mərkəzi Bankın öhdəliyi var idi.

Saytda yer alan məlumata görə, Moody's xəbərdarlıq edib ki, dollar/manat məzənnəsinin sabit qalması müəssisələr və istehlakçıların arxayınçılığı ilə nəticələnə bilər. Habelə, məzənnənin sabitliyi uzunmüddətli səylərə ziddir və valyuta məzənnəsi iqtisadiyyat üçün “şok amartizatoru” olmalıdır (şokun təsirini azaldan).

Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı 2015-ci ildə baş verən devalvasiyalardan ( fevral və dekabr aylarında baş verib” sonra manatın “ üzən məzənnə” rejiminə keçdiyini bəyan etmişdi.Amma 2017-ci ilin ortalarından bir dollar bir manat 70 qəpik olaraq qalmaqdadır.

“Təcili tibbi yardım maşını xəstənin evinə gedib çıxa bilməyib”

“Oxu.az” saytı-nda “Lənkəranda torpaq sürüşməsi - FOTO/VİDEO” sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda qeyd edilir ki, Lənkəran rayonunun Veravul kəndində eyni adlı çayın sahilində yaşayan ailələr torpaq sürüşməsindən əziyyət çəkir.

Müəllifin yazmasına görə, bu kənddə 20-yə yaxın evin avtomobil yolu bağlanıb və buna 2016-cı ilin aprel ayında Veravulçayın daşması səbəb olub.

Yazıda habelə vurğulanır ki, bu daşqından sonra sahilboyu gedən yoldan istifadə çətinləşib,üstəlik son günlərdə Cənub bölgəsində yağan intensiv yağışlar nəticəsində yol tamamilə yararsız hala düşüb:

“Belə ki, təxminən səkkiz metrlik eni olan yolun indi cüzi hissəsi qalıb. Nəticədə, hava şəraiti pisləşəndə nəinki maşınla, hətta piyada yolu keçmək mümkünsüz olur”.

Lənkəranda torpaq sürüşməsi, 5 fevral 2018
Lənkəranda torpaq sürüşməsi, 5 fevral 2018

​Müəllif kənd sakinlərinə isrtinadən bildirir ki, bir az azca yağış yağan kimi Veravulçay-iın səviyyəsi qalxır və kəndin yolunu keçilməz edir. Üstəlik, sakinlərin demələrinə görə, onlar 150 hektara yaxın pay torpaqlarına, əkin sahələrinə, uşaqlar da məktəbə gedə bilmirlər:

“Yoldan istifadənin çətinləşməsi nəticəsində hətta elə olub ki, təcili tibbi yardım maşını xəstənin evinə gedib çıxa bilməyib. Veravul sakinləri gələcəkdə hər hansı bir xoşagəlməz hadisə zamanı belə problemlərin yenə də təkrarlanacağından narahatdırlar və bu məsələ ilə bağlı tədbir görülməməsindən şikayət edirlər”

Müəllif qeyd edib ki, sakinləri narahat edən bu məsələ ilə bağlı Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi ilə əlaqə saxlanıb və qurumun əməkdaşı çay sahilində müəyyən bərkitmə işlərinin aparıldığını bildirib:

“Alternativ yolun olmaması sakinlərin işini çətinləşdirsə də, Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsinin əməkdaşı problemin həll olunacağını bildirib”.

“Odlar yurdunda növbəti dəfə sürət festivalı ”

Formula 1, Bakı
Formula 1, Bakı

“Azərbaycan” qəzeti-ndə isə “Dünya yenə Bakıya toplaşır” sərlövəhli yazıda iki həftədən sonra Bakıda keiriləcək “Formula-1” Azərbaycan Qran-pri yarışlarına hazırıq və bu yarışın əhəmiyyəti dəyərləndirilir.

Müəllif yazıb ki, Azərbaycan planetin bir nömrəli avtomobil yarışını 4-cü dəfə qəbul etməyə hazırdır:

“Bir sözlə, odlar yurdunda növbəti dəfə sürət festivalı başlayır. Dünyanın ən güclü pilotlarının mübarizə aparacağı yarış 200-dən çox ölkədə canlı yayımlanacaq. Bundan əvvəlki 3 yarışı yüksək səviyyədə qəbul edən Azərbaycan dünyadakı "Formula-1” həvəskarlarını pilotların möhtəşəm və əzmkar mübarizəsinin canlı şahidi olmaq üçün yenidən Bakıya toplayır”.

Müəllif idda edir ki, artıq dünyada "Formula-1” həvəskarları bu yarışı Bakısız təsəvvür etmirlər:

“Xüsusi olaraq inşa edilmiş Bakı Şəhər Halqası (BŞH) isə bu yarışlarda özünəməxsusluğu ilə seçilir. Trekin uzunluğu 6 kilometrdən bir qədər artıqdır. Bu, uzunluğuna görə dünyada ikincidir”.

​Yazıda qeyd edildiyinə görə, 2018-ci il mövsümündə "Formula-1” avtomobil yarışlarının Azərbaycan mərhələsini izləyənlərin sayında 31,6 faiz artım müşahidə olunub. Müəllifin fikrincə, "Formula-1” üzrə Azərbaycan Qran-prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib.

Yazıda "Formula-1” Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerridən də belə bir sitat gətirilir:

"2018-ci il mövsümü üçün araşdırma apardıq. Bakı ən çox şöhrət qazanmış yarış məkanıdır. Bunu azarkeşlər xüsusilə vurğulayırlar. 2019-cu il bizim üçün ecaskar görünür. Yeni pilotlar, başqa yeniliklər var. İrəliyə doğru addım atarkən keçmişi də unutmamalıyıq. "Formula-1” sürətlə bağlı yarışdır. Burada güclü rəqabət təmin edilməlidir. Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və buna çox böyük dəyər veririk”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG