Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:52

Formula 1 yarışı adi vətəndaşa nə verir?


Formula1 -dən qazanc götürən kimdir? Məmur yoxsa, vətəndaş?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Formula1 -dən qazanc götürən kimdir? Məmur yoxsa, vətəndaş?

Azərbaycan Formula 1 avtomobil yarışını 2023-cü ilə qədər keçirəcək. Dünən, fevralın 5-də Bakı Şəhər Halqası ilə Formula 1 Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb. Bundan öncəki müqavilə 2020-ci ilə qədər idi.

İdman yazarı Coşqun Eldaroğlu həm Azərbaycanda, həm də digər ölkələrdə keçirilən Formula 1 yarışlarını yaxından izləyir. Onun müşahidələrinə görə, Azərbaycan bu yarışlardan daha çox itirir, nəinki qazanır:

“Gəlir konkret olmalıdır, göz qabağında olmalıdır. Məsələn, insanlar görməlidir, hiss etməlidir ki, bu yarışlar sayəsində Azərbaycan dünyada tanınır. Ümumiyyətlə, bu cür yarışların iqtisadi faydasından əvvəl, sosial faydası hiss olunmalıdır. Bu yarışların faydasını sıravi insanlar hiss etmirsə, əlavə vəsait gəlmirsə, deməli faydası da yoxdur”.

Bakıda Formula 1 Qran prisi 2016-cı ildən keçirilir. Coşqun Eldaroğlu deyir ki, hər dəfə yarışlar vaxtı Bakının mərkəzində yollar bağlanır, nəqliyyat iflic olur.

Azərbaycan hökuməti adətən Formula 1 kimi digər beynəlxalq yarışlara ev sahibliyi etməsini, əsasən, Azərbaycanın tanınması, turizmin inkişafı ilə əsaslandırır. Amma Coşqun Eldaroğlu bununla razılşamır, o düşünür ki, Azərbaycanın bu cür beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bağlı qərarı yanlışdır.

Prezident məmnundur

Amma ölkə prezidenti İlham Əliyevin fikrincə əldə olunmuş nəticələr göstərir ki, verilmiş qərarlar doğrudur. O bu haqda ötən ilin dekabrında 2018-ci ilin idman yekunları ilə bağlı tədbirdə danışıb:

“Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Əlbəttə ki, biz Avropa, İslam Həmrəyliyi oyunlarını xatırlaya bilərik. Bu il ölkəmizdə dünya, Avropa çempionatları keçirilmişdir. Formula 1 yarışı üç ildir Azərbaycanda, Bakıda keçirilir. Bu il və keçən il ümumi rəyə və bu məsələ ilə məşğul olan ictimai qurumların fikrinə görə, bizim yarışımız – Bakı yarışı ən gözəl yarış olmuşdur. Bu da çox gözəl hadisədir. Çünki bu da göstərir ki, bizim qəbul edilmiş hər bir qərarımız düzgün qərardır, gözəl nəticə verir”.

Prezident İlham Əliyev və birinci ledi Mehriban Əliyeva Formula 1-in tribunasında (2017-ci il)
Prezident İlham Əliyev və birinci ledi Mehriban Əliyeva Formula 1-in tribunasında (2017-ci il)

İlham Əliyev həmin çıxışında Azərbaycanın yeni tədbirlərə ev sahibliyindən də danışıb. O deyib ki, 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalı, Futbol üzrə Avropa Liqasının final görüşü də Bakıda keçiriləcək.

O, Azərbaycanın bu yarışlara ev sahibliyini Azərbaycanın uğuru kimi qiymətləndirir.

Büdcə vəsaitinin israfı

Amma iqtisadçı Zöhrab İsmayıl əksinə hesab edir ki, Azərbaycan bu cür yarışlara ev sahibliyi etməklə büdcə pullarını israf edir. Onun müşahidələrinə görə, 2015-ci il böhranından sonra bir çox layihələri təxirə salan, bəzi layihələri ümumiyyətlə ləğv edən hökumət indi vəsaitləri yenidən xərcləyir. Onun fikrincə, burada yeganə məqsəd büdcə vəsaitlərinin korrupsiya yolu ilə mənimsənilməsidir:

“Tikinti layihələri, bu cür yarışlara ev sahibliyi korrupsiyanın əsas mənbəyidir. Dövlət pullarının, büdcə vəsaitlərinin mənimsənilməsinin əsas yolu məhz investisiya xərcləridir. Eyni zamanda Formula 1 kimi yarışlar... Bundan da faydalanırlar. Formula 1-ə ayrılan 100 milyon manat çox böyük vəsaitdir. Bu pula ölkənin başqa sosial ehtiyacları qarşılana bilər”.

Zöhrab İsmayıl bir tərəfdən dövlət büdcəsindən bu cür yarışlara ayrılan milyonlarla manat vəsaiti, digər tərəfdən isə son illər Ünvanlı Sosial Yardımın verilməsinin məhdudlaşmasını, illərdir ölkədə tibbi sığortanın tətbiq olunmamısını, xaricdə təhsil dövlət proqramının dayandırılmasını yada salır.

Onun fikrincə, Formula-1 kimi yarışların Azərbaycana heç bir faydası yoxdur.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənib:

Nazir oğlunun şirkətini maliyyələşdirir

AzadlıqRadiosunun araşdırmasına görə, Formula 1 yarışlarına vəsait dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə verilir. Bu yarışların təşkili isə Azad Rəhimovun oğlunun direktor olduğu şirkətə həvalə olunub. İqtisadçı Natiq Cəfərli bunu maraqlar konflikti hesab edir. Gənclər və İdman Nazirliyi bu iddialara münasibət bildirməyib.

Azad Rəhimov
Azad Rəhimov

Ümumiyyətlə, 2010-cu ildən bəri Azərbaycanda keçirilən müxtəlif musiqi və idman yarışlarının korrupsiya və büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlılığı barədə müxtəlif iddialar səslənib. Azərbaycan rəsmiləri adətən bu iddiaları rədd edirlər. Bununla Azərbaycan hökumətinin uğuruna kölgə salındığını bəyan edirlər.

Formula 1 yarışlarının təşkilinə il ərzində nə qədər vəsait xərcləndiyi açıqlanmır. Amma 2016-cı ildə nazir Azad Rəhimov bütün işlərə dövlət büdcəsindən və sponsorlar tərəfindən 100 milyon manata yaxın pul xərclənəcəyini açıqlamışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG