Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Parlamentin '.az' domeni adları ilə bağlı təklifləri var


Azerbaijan -- A screen shoot of Nt.az domain service, 18Feb2011
Azerbaijan -- A screen shoot of Nt.az domain service, 18Feb2011

Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər etməyə hazırlaşır.

Parlamentin İnsan hüquqları komitəsi dəyişiklik layihəsini bəyənərək plenar iclasa göndərib.

Milli Məclis sədrinin müavini, komitə sədri Bahar Muradova hər iki sənədi prezidentin göndərdiyini bildirib. Yaxın günlərdə müzakirə olunacağı gözlənilən layihənin detalları da açıqlanıb.

Təkliflər əsasən, ".az" domen adlarının qeydiyyatı, istifadəçi-domen inzibatçısı və istifadəçi-provayder münasibətləri ilə bağlıdır.

Buna da bax:​ Azərbaycanda nə qədər «az» var?

Domen adları barədə bilgilər sorğu ilə veriləcək

İndiyədək domen adlarının sahibləri ilə bağlı bilgilərə çatım açıq idi. Ancaq təkliflər fərqli qayda müəyyən edir. Təkliflərə görə, domen adlarının qeydiyyatını aparan inzibatçı onların reyestrini aparacaq, bundan istifadəni sorğu əsasında təmin edəcək.

Digər təklif domen adlarının qeydiyyatı və istifadəsi qaydaları ilə bağlıdır. İndiyədək domen adlarının reyestr məlumatlarını inzibatçı tərtib edirdisə, qanun layihəsində bunu müvafiq icra hakimiyyəti orqanının həyata keçirməsi təklif olunur.

Təkliflərdə deyilir ki, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin resursun qanunauyğun fəaliyyətini təmin etməlidir. Domen sahibi terrorun, zorakılığın, qumar oyunlarının, milli, irqi və dini ayrı-seçkiliyin təbliği ilə bağlı məsuliyyət daşıyacaq. Domenin sahibi internet resursunda yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə onun resursdan götürülməsini təmin etməlidir.

Buna da bax:​ .az domeninin onlayn qeydiyyatı resursu təqdim olunub

“Qanunlarda boşluqlar var, ancaq təkliflər...”

Xalid Ağaliyev
Xalid Ağaliyev

Media ekspertləri dəyişiklik təklifinin məhdudlaşdırıcı məzmunda olduğunu düşünür.

“Hökumət internetdən istifadədən çəkindirici effekt yaradacaq bütün imkanlardan istifadə edir”. - media eksperti Xalid Ağaliyev şərhində belə deyib.

Ekspert eyni zamanda internet istifadəçilərin hüquqları ilə bağlı qanunvericiliyə dəyişikliklərin zəruri olduğunu vurğulayır.

“Provayderlərlə istifadəçilərin arasındakı müqavilələrə baxın. Həmin müqavilələr az qala tamamilə provayderlərin hüquqlarından, istifadəçilərin vəzifələrindən ibarətdir. Normalda isə istifadəçinin hüquqları, provayderin isə vəzifələri daha qabarıq olmalıdır. Azadlıq Radiosu, Meydan.tv və başqa resurslara çatım imkanında zaman-zaman problemlərin yaranması, həll mexanizmlərinin olmaması bu boşluqların göstəricisidir”, deyən ekspert dəyişiklik təkliflərinin belə boşluqları aradan qaldırmağa xidmət etmədiyini vurğulayıb.

“Belə təkliflər interneti daha çox, mümkün olduğu qədər nəzarətdə saxlamaq məqsədinə xidmət edir”, X.Ağaliyev vurğulayır.

Buna da bax:​ 'Facebook' və 'Google' qəzetləri necə öldürür

“Dövlət ancaq məhdudlaşdırıcı addımlar atır”

Digər ekspert Ələsgər Məmmədli nəzərdə tutulan təklifləri son vaxtlar qeyri-peşəkarların qanunvericilik üzərinə getməsi kimi dəyərləndirir:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“Domen adını üç tərəf- dövlət, provayder, istifadəçi müəyyən edir. Ancaq son vaxtlar dövlət birtərəfli qaydada müdaxilə etməklə məhdudlaşdırıcı addımlar atır. Son vaxtlar internetlə bağlı qanunvericiliyə o qədər məhdudlaşdırıcı maddələr əlavə ediblər ki, Konstitusiya ilə ziddiyyət təşkil edir. Bunları aradan ancaq normal işləyən Konstitusiya Məhkəməsi qaldıra bilər”.

Milli Məclis sədrinin müavini Bahar Muradova isə demişdi ki, təkliflər təqdirəlayiqdir.

Buna da bax:​ 'Onda gərək Azərbaycan İnternet deyilən şeyi ləğv etsin'

“Onun qəbul edilməsi İnternetdə mövcud olan qanunazidd fəaliyyətlərin aradan qaldırılmasına kömək edəcək”, vitse-spiker bildirmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG