Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:29

Azərbaycanda nə qədər «az» var?


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda indiyədək 24 min 297 domen adı rəsmi qeydiyyatdan keçib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ilin əvvəlindən 5 min 57 domen qeydiyyatdan keçirilib, 3 min 954 domen ləğv edilib.

Hazırda Azərbaycanda 22 min 521 (.az), 1069 (.com.az), 228 (.edu.az), 124 (.org.az), 91 (.co.az), 71 (.info.az), 77 (.net.az), 43 (.int.az), 35 (.pp.az), 25 (.biz.az), 12 (.name.az) və 1 (.pro.az) domeni qeydiyyatdan keçirilərək istifadə edilir.

(.az) domen zonasında bu ilin 8 ayında qeydiyyata alınan domenlərin sayı ötən ilin göstəricisindən 5 faiz çoxdur. Keçən ildə domen qeydiyyatı artımı 10 faiz təşkil edib.

XS
SM
MD
LG