Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 19:10

'Talış dağlarında Avropa cüyürləri azalıb'


Cüyür, illustrasiya

Hirkan Milli Parkında avropa cüyürlərinin sayı Talış dağlarının bütün meşələrində olduğu kimi tamamilə azalıb və həmin ərazi üçün nadir növə çevrilib.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

E.Yusifov əlavə edib ki, Milli Parkın ərazisində avropa cüyürlərinin sayı orta hesabla 355,3±18,9 baş olduğu müəyyən edilib.

Onun sözlərinə görə, Turyançay Dövlət Təbiət Qoruğu və onunla həmsərhəd ərazilərdə təbiətdə əlavə yemləmənin leşcil ağqartal (Neophron percnopterus), saqqallı quzugötürən (Gypaetus barbatus), keçəl qara kərkəs (Aegypius monachus) və ağbaş kərkəsin (Gyps vulvus) bioekoloji xüsusiyyətlərinə təsiri öyrənilib.

Müəyyən edilib ki, leşyeyən quşların yem bazasının formalaşmasına antropogen mənşəli faktorlar birbaşa və dolayısı yolla təsir göstərir:

"Bu ərazilərdə leşcil ağqartalın, saqqallı quzugötürənin, ağbaş və keçəl qara kərkəslərin yem bazası 2 mənbə hesabına formalaşır. Yem bazasını formalaşdıran birinci mənbəni vəhşi heyvanların, ikinci mənbəni isə ev heyvanının leşləri təşkil edir. Turyançay Dövlət Təbiət Qoruğu və onunla həmsərhəd ərazilərdə 11 növ vəhşi məməli heyvanın sayının (37,7%) və tələf olan ev heyvanlarının leşlərinin azalması (35,5%) ilə əlaqədar olaraq populyasiyalarda fərdlərin və nəslvermədə iştirak edən cütlərin sayının tədricən dəyişməsinə səbəb olub"

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG