Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:19

Hər yerdə Heydər Əliyev mərkəzləri niyə tikilir?


Dəbdəbəli sarayları xatırladan, başdan ayağa mərmər döşənmiş, nəhəng, billur çilçıraqlarların asıldığı, bahalı mebellərlə, pərdələrlə dizayn edilmiş Heydər Əliyev mərkəzlərinin sayı artıq ölkə üzrə 60-a çatır.

Bəs, Azərbaycanın dövlət büdcəsinin vəsaitləri hesabına inşa olunan bu mərkəzlərin işi nədən ibarətdir? Az qala hər bir rayonun mərkəzində inşa olunan bu mərkəzlər nə işə yarayır?

Yolumuzu belə mərkəzlərdən birinə, Xırdalandakı Heydər Əliyev mərkəzinə sadlıq. Mərkəzin direktoru Tükəzban Həsənova deyir onların işləri çoxşaxəlidir:

“Biz Heydər Əliyev mərkəzləri olaraq, ulu öndərin həyat və faəliyyətinin müxtəlif sferalarını, dövrlərini şagirdlərə, gənclərə təbliğ etməklə yanaşı, həm də onu yaşatmağa çalışırıq. Bundan əlavə, Heydər Əliyev mərkəzləri müzey kimi də fəaliyyət göstərir”.

Həmin müzeydə Heydər Əliyevin həyatı, fəaliyyəti ilə bağlı məlumatlar, fotoşəkillər nümayiş olunur. Tükəzban Həsənova deyir ki, burada müxtəlif dərnəklər, kurslar da fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzlərindən kim nə qazanır?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Doğrudan da, nədir bu mərkəzlərin məqsədi?

Siyasi fəal Bəxtiyar Hacıyev hesab edir ki, bir çox vətəndaş ümumiyyətlə bu mərkəzlərin işindən xəbərsizdir. Çünki həmin məkanlarda vətəndaşların, özəlliklə də gənclərin inkişafına dəstək olacaq hər hansı fəaliyyət yoxdur. Onun sözlərinə görə halbuki bunların yerinə elm mərkəzləri yaradıb, Azərbaycan gənclərinin inkişafına dəstək vermək olardı:

“Amma görünür, bizim hakimiyyət daha qısamüddətli fikirləşir. Düşünürlər ki, bu mərkəzlərin tikintisi üçün nə qədər vəsait ayrılacaq və biz bu vəsaitləri necə mənimsəyə bilərik. Ona görə də sürətli şəkildə hər bir şəhər və rayonda Heydər Əliyev mərkəzləri, gənclər mərkəzləri tikilir. Amma ondan əhalinin nə dərəcədə istifadə etməsi göz önündədir. Bir çoxları bağlı olur”.

Prezident İlham Əliyev özü də dövlət büdcəsi hesabına inşa olunan bu mərkəzlərin işini tənqid edib. O bir neçə ay öncə öz çıxışlarından birində deyib ki, bəzən ümumiyyətlə, bu mərkəzlər açılışından sonra qapısı qıfıllı qalır:

“Bu mərkəzlər tikilir, bir çox hallarda istifadə olunmur. Heydər Əliyev mərkəzləri demək olar ki, hər bir rayon mərkəzində vardır. Nədir bu mərkəzlərin məqsədi? Odur ki, o mərkəzlərə vətəndaşlar gəlib öz asudə vaxtlarını keçirsinlər, o mərkəzlərdə dərnəklər fəaliyyət göstərməlidir, o mərkəzlərdə sərgilər keçirilməlidir. O mərkəzlər rayonun mədəni həyatının ayrılmaz hissəsi olmalıdır. Ancaq mənə verilən məlumata görə, bəzi hallarda açılışdan sonra yenə də qapıları qıfıllanır və faktiki olaraq bu mərkəzlər işləmir”.

Bu mərkəzlərin tikintisi neçəyə başa gəlir?

AzadlıqRadiosunun 2016-cı ildəki bir araşdırmasına görə Bakıdakı Heydər Əliyev Mərkəzinin tikintisinə 250 milyon manat xərclənib.

Amma respublikada inşa olunan digər mərkəzlərin tikinti xərcləri haqda məlumat yoxdur.

İqtisadi təhlilçi Torğul Maşallı deyir ki, adı çəkilən mərkəzlərin tikintisi dövlət investisiya xərcləri adı altında ictimaiyyətdən gizli saxlanır:

“Təəssüflər olsun ki, Heydər Əliyev mərkəzlərinin tikintisi aparılan dövrlərlə bağlı investisiya xərclərində məlumat yoxdur. Ümumiyyətlə, bu cür investisiya xərcləri ya hansısa təsadüf nəticəsində və ya hansısa məhkəmə işlərində üzə çıxır. Çox təəssüflər olsun ki, belə tikintilər haqda məlumatlar çox vaxtlar gizli saxlanır”.

Toğrul Maşallı bildirir ki, dövlət büdcəsində hər il təkcə Bakıdakı Heydər Əliyev mərkəzinin saxlanmasına 10 milyon manat ayrılır. Amma digər mərkəzlərin saxlanma xərcləri haqda məlumat yoxdur.

XS
SM
MD
LG