Suriyada dins sakinlərin evuakasiyası ilə bağlı razılıq əldə edilib. Bu barədə
“The Wall Street Journal” yazıb.
Gözlənir ki, Hələbdən və digər təhlükəli bölgələrdən əhali çıxarılacaq.
Hələbin şərq hissəsindən sakinlərin çıxarılması dekabrın 16-da dayandırılıb. Telekanallar göstərib ki, dinc əhali şəhərdən çıxan zaman atəş səsləri eşidilib.
Dekabrın 16-da BMT-nin Təhlükəsizlik Şurası qapalı görüş keçirib. ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer görüşlə bağlı deyib ki, ABŞ Fransanın Hələbdə beynəlxalq müşahidəçilərin nəzarəti altında əhalinin evuakasiyası təklifini dəstəkləyib.