Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Həbsdək məhbusların bir qismi müvəqqti azadlığa buraxıla bilərmi?


Arxiv foto

Koronavirus (COVİD-19) pandemiyası hazırda dünyanın əsas problemlərindən sayılır.Hökumətlər əhalinin sağlamlığı ilə bağlı bir sıra sərt tədbirlər görməkdədirlər. Hətta, bəzi ölkələr islah əmək müəssisələrində cəza çəkən məhbusların bir hissəsinin ( daha az təhlükəli) müvəqqəti evlərinə buraxılmasını gündəmə gətiriblər. Azərbaycanda da hökumət bir sıra qabağlayıcı addımlar atmaqdadır. Prezident İlham Əliyev də bu günlər bu məsələdən danışarkən nə vaxtsa ölkədə fövqəladə vəziyyətin tədbiqini belə ittisina etməyib. Bəs Azərbaycanda da cəmiyyət üçün daha az təhlükəli sayılan məhbusların müvəqqəti azadlığa burxılması gündəmə gələ bilərmi?

“ABŞ-dan tutmuş İrana kimi...”

Rəsul Cəfərov, Strasburq, 29 yanvar 2020
Rəsul Cəfərov, Strasburq, 29 yanvar 2020

Hüquq müdafiəçisi Rəsul Cəfərov Azadlıq Radiosuna deyib ki, belə bir addımın atılmasına zərurət var və bu istiqamətdə ölkənin hüquq müdafiəçilərinə təkliflər verib: “İnandığım budur ki, bu addım atılmalıdır. Səbəb də odur ki, təkcə Azərbaycanda yox, dünyanın elə hər yerində cəzaçəkmə müəssisələri qapalı məkandır. Bu məkanlarda vəziyyət, saxlanma şəraiti, tibbi müayinə, zərurət olduğu halda preparatların çatdırılması və sairə həmişə problemli olub. Elə bu səbəbə görə də, müxtləlif ölkələrdə, ABŞ-dan tutmuş İrana kimi məhbusların vaxtndan əvvəl azadlığa buraxılmalarına başlanılıb”, hüquq müdafiəçisi bildirib.

R.Cəfərovun vurğulamasına görə, bu virusun perspektivdə necə inkiaşf edcəyi bilinmir.

Kimlər azad edilə bilər?

Qadın həbsxanası, Bakı, 27 iyun 2012
Qadın həbsxanası, Bakı, 27 iyun 2012

Konkret kimlərin həbsdən azad olunmasına gəlincə isə, hüquq müdafiəçisi bunları deyib:

“Birinci, səhhətlərində problem olan məhbuslar azadlığa buraxılmalıdır. Bunu müəyyən etmək asandır. Bu kateqoriya məhkimlar cəzaçəmə müəssisəsi daxilində tibbi müayinəyə müraciət etdikləri üçün adları cəzaçəkmə müəssisələrinin qeydiyyat kitablarına düşür. Bu kateqoriya məhkimların azadlığa buraıxlmasına başlanıla bilər. İkincisi çox ağır, xüsusilə ağır və təkrar cinayətlər törədən məhkum istisna olmaqla, 18 ay və ya 18 aydan aşağı həbs müddəti qalan məhkimlar azadlığa buraxıla bilər :

“Bu məhkəmə, əfv, amnistiya və ya başqa hüquqi müxanizm yolu ilə ola bilər”.

“Cəzasının çox hissəsini çəkmiş, müəyyən mənada islah edilmiş...”

Fazil Mustafa, arxiv foto
Fazil Mustafa, arxiv foto

Deputat Fazil Mustafa da bu məsələ ilə bağlı cəzasının çox hissəsini çəkmiş, müəyyən mənada islah edilmiş məhbusların azadlığa buraxılmasinın fərdi qaydada müəyyənləşdirməklə tətbiqini mümkün hesab edir. Onun “Turan” agentliyinə bildirməsinə görə, bu həm də cəzaçəmə müəssisələrində məhbusların sayının azalmasına və həmin müəssisələrdə aparılan təhlükəsilzik tədbirlərinin səmərəliliyinə kömək edə bilər: “Bu ancaq fərdi qaydada, şəxsiyyət əleyhinə cinayət törətməmiş məhkiumlara aid ola bilər ”.

Amma F.Mustafa vurğulayıb ki, bu zaman ciddi müayinə porsesuru həyata keçməlidirlər.

Deputata görə, bütün hallarda bu istiqamətdə addım atılması həm də cəmiyyətdə yumşalma ab-havası yaradar. Bu fikirlərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 10 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 44 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub.

Habelə, martin 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

XS
SM
MD
LG