Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 01:32

Martın 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Bakıda gecə 4-6, gündüz 12-14 dərəcə isti, Abşeronda gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq.

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq. Bəzi yerlərdə arabir yağış yağacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 20-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gündüz bəzi cənub və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq. Martın 21-də isə rayonlarda arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacaq, dağlıq rayonlarda sulu qar, qar yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG