Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:54

Ərəstun Oruclu: 'Eldar Mahmudov onu canlı şahid kimi saxlayırdı...' [video]


MTN işində üçüncü intihar - Sizcə nələr gizlədilir?
Gözlə

No media source currently available

0:00 0:14:35 0:00

MTN işində üçüncü intihar - sizcə nələr gizlədilir? [A-Live]

Bakıdakı Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, özü də Azərbaycanın xüsusi xidmət orqanlarının keçmiş polkovnik-leytenantı olan İlham İsmayıl deyir ki, Hacı Məmmədovun intiharı cəmiyyətdə çoxlu suallar doğurur:

“Niyə birdən-birə intihar etsin? Hacı xəstə idi və bilirdi ki, bu xəstəliklə uzun müddət yaşaya bilməyəcək. Ona görə də onun üçün yaşadığı hər bir dəqiqə qənimət idi”.

İlham İsmayıl düşünür ki, Hacı Məmmədovun ölümündə intihardan başqa versiyalar da araşdırılmalıdır.

Buna da bax: Hacı Məmmədov intihar edib

İlham İsmayıl
İlham İsmayıl

Hacı Məmmədov həbsdə intihar xəbəri yayılan yeganə general deyil. İki il öncə - 2015-ci ilin dekabrında keçmiş MTN-in Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin də intihar etməsi haqda rəsmi məlumat yayılmışdı. Sonradan vəkil Kamandar Nəsibov mətbuat konfransı keçirərək İlqar Əliyevin döyülərək öldürüldüyünü iddia etdi.

İlqar Əliyev həbsindən iki gün sonra, dekabrın 22-də isə onun kamera yoldaşı Manaf Paşayevin də intihar etməsi haqda rəsmi xəbər verilmişdi.

Buna da bax: Vəkil: 'Hacı Məmmədov xeyli sirləri özüylə apardı'

Bu adamların ölümü cəmiyyətin bilməli olduğu hansı gerçəkləri pərdələyə bilər?

Hüquqşünas Əyyub Kərimov düşünür ki, Hacı Məmmədov xeyli sirləri özüylə apardı. Keçmiş MTN əməkdaşı İlham İsmayılsa ehtimal edir ki, görünür, Hacı Məmmədovun yaşaması kimlərinsə marağında olmayıb:

“O, 11 ilə yaxın o qanunsuz olaraq, MTN-də saxlanırdı. Onun kimlərləsə təmasda olması istənilmirdi. Cəzaçəkmə müəssisəsinə, sonradan müalicə mərkəzinə göndəriləndan sonra görünür onun danışmaq imkanları vardı. Eldar Mahmudov vəzifəsindən azad olunandan sonra o müraciət də etmişdi. Müraciətində də azad olunmasını istəmirdi. İşin yenidən araşdırılmasını istəyirdi. Görünür ki, o təcridxanadan çıxandan sonra kimlərləsə ünsiyyət imkanı yaranmışdı. Və onun danışması kimlərinsə marağında olmayıb”.

Buna da bax: Hacı Məmmədov dəfn olundu

Ərəstun Oruclu
Ərəstun Oruclu

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş Ərəstun Oruclu düşünür ki, Hacı Məmmədov MTN təcridxanasında saxlandığı müddətdə bütün kompromatları Eldar Mahmudova ötürmüşdü:

“Eldar Mahmudov onu bir növ canlı şahid kimi saxlayırdı ki, rəqiblərinə qarşı istifadə etsin. Eldar Mahmudovun da əsas rəqibləri Ramil Usubov və Usubovun himayədarı Ramiz Mehdiyev idi. Buna görə də Hacı Məmmədovu saxlamaq Eldar Mahmudova hava-su kimi lazım idi. Həm başqalarına təzyiq vasitəsi kimi, həm də özünü qorumaq üçün. Amma indi görünən odur ki, bu qruplar arasında razılaşma əldə olundu. Bu kompromisin təminatı kimi Hacı Məmmədov da sıradan çıxarıldı. Mən Hacı Məmmədovun intiharına qətiyyən inanmıram”.

Buna da bax: Hacı Məmmədovun ölümü ilə bağlı rəsmi açıqlama

Hacı Məmmədovun intiharı ilə bağlı yayılan rəsmi məlumatda Hacı Məmmədovun vərəm və ağciyər xərçəngindən əziyyət çəkdiyi bildirildi.

Ərastun Oruclu: "Hacı Məmmədov gəzən şahid idi"
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00
Direct-ə keçid

Ərəstun Oruclu mötəbər mənbəyə istinadən bildirir ki, Hacı Məmmədov xəstə olmayıb. O həm də həkim kimi bildirir ki, bu iki xəstəliyə bir anda tutulmaq çox nadir hallarda olur.

Vəkil Afaq Qazıyevanın verdiyi məlumata görə, Hacı Məmmədovun cəsədi bu gün - dekabrın 5-də dəfn olub. Vəkil deyir ki, Hacı Məmmədovun ölümü ilə bağlı ekspertiza nəticələri ilə tanış olandan sonra konkret fikir söyləmək mümkün olacaq:

Buna da bax: 'Osminoqun bir qolu' [media icmalı]

“Mən Hacı Məmmədovla yayda görüşmüşdüm, ailəsi də onunla əlaqə saxlayırdı. Həmişəki qaydasında. Fakt var, bu fakt da araşdırılır. Araşdırmalardan sonra nə, necə baş verib bu haqda danışa bilərik. Yəni, bununla bağlı keçirilən ekspertiza rəylərindən sonra bir fikir söyləmək mümkündür”.

Mehman Sadıqov
Mehman Sadıqov

Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyir ki, araşdırmalardan sonra məhbusun ölümünə hüquqi qiymət veriləcək. Hələlik həm prokurorluq həm də penitensiar xidmət həqiqəti üzə çıxarmaq üçün araşdırmaları davam etdirir.

Buna da bax: 'MTN işi'ndə nə baş verir? [video]

Biz Bakı sakinlərini də müzakirələrə qatmışıq. Onlardan soruşmuşuq ki, həbsxanada bir məhbusun intiharı barədə xəbər eşidəndə ilk ağıllarına nə gəlir?

Həbsxanada məhbus intiharı xəbəri eşidəndə ilk ağlınıza nə gəlir?
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

Yada salaq ki, Hacı Məmmədov və daha 26 nəfər keçmiş Milli Təhlükəsizlik Nazirliyinin «Qara kəmər» əməliyyatı nəticəsində həbs edilib. O, çoxsaylı qətllər, adam oğurluğu kimi ağır cinayətlərdə ittiham olunub, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.

Buna da bax:

MTN işində Hacı Məmmədov izi?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG