Keçid linkləri

2018, 22 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:49

Hacı Məmmədov dəfn olundu


Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti yaxınlarına təhvil verilib.

Bu barədə H.Məmmədovun vəkili məlumat verib.

H.Məmmədovun meyitini yaxınları müayinə olunduğu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən götürüblər.

H.Məmmədovun artıq dəfn edildiyi bildirilir.

DİN-in həbsdə olan keçmiş baş əməliyyat müvəkkili H. Məmmədovun intihar etdiyi bildirilir. Hadisənin dekabrın 3-də Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verdiyi açıqlanıb.

Rəsmi açıqlamaya görə, H.Məmmədov xərçəng və daha bir neçə ağır xəstəlikdən əziyyət çəkib.

Penitensiar Xidmətdən bildirilib ki, H.Məmmədov kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandığı, ölümün səbəblərinin araşdırıldığı açıqlanıb.

Bu açıqlamaya H.Məmmədovun qohumlarının münasibətini almaq hələ ki, mümkün olmayıb.

Xatırlatma

Daxili İşlər Nazirliyinin (DİN) keçmiş baş əməliyyat müvəkkili H.Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə sonradan ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində həbs ediliblər.

H.Məmmədova qətl, adam oğurluğu və ümumilikdə 80-ə qədər maddələr üzrə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.

Məhkəmənin qərarına əsasən, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib. Ancaq sonradan Z.Nəsirovun cəzası azaldılıb və o, azadlığa buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG