Keçid linkləri

Təcili xəbərlər
2020, 12 İyul, bazar, Bakı vaxtı 23:10

Həbsxanalarda koronavirusa yoluxma artır


Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"

Hazırda Azərbaycandakı cəzaçəkmə müəssisəsində koronavirusa yoluxanlar 46 nəfərdir.

Bu barədə bugün, mayın 15-də Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətin sədri Ramin Bayramlı məlumat verib. Onun sözlərinə görə, bir neçə gün əvvəl bu rəqəm 33 nəfər təşkil etmişdi.

Ədliyyə Nazirliyi də üç gün əvvəl, mayın 12-də Azərbaycandakı cəzaçəkmə müəssisələrində 33 nəfərdə koronavirus infeksiyasının aşkarlandığını və onların karantinə alındığını açıqlamışdı.

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində artıq mart ayının əvvəlindən koronovirus pandemiyası ilə bağlı sovqat qəbul edilmir. Habelə, məhbuslara yaxınları ilə görüş verilmir.

Bakı Tikiş Evində 64 nəfər yoluxub

R.Bayramlının deməsinə görə, koronavirusa yoluxmalar daha çox lokal müəssisələrdə aşkar edilir.

"Bu göstərir ki, həmin müəssisələrin rəhbərləri, əməkdaşları məsələyə məsuliyyətsiz yanaşıb. Bakı Tikiş Evində 64 nəfər yoluxub. "Baku Steel Company"də 48 yoluxma faktı aşkar edilib", - o əlavə edib.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 557 min şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 304 min şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG