Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 23:15

BMT Dağlıq Qarabağ danışıqlarını bərpa etməyə çağırıb


Antonio Guterres
Antonio Guterres

“Dondurulmuş münaqişələr” ifadəsi özü-özlüyündə düzgün deyil və yanlışlığa aparır”.

Bunu BMT-nin baş katibi Antonio Guterres qurumun təhlükəsizlik şurasının iclasında deyib.

“Sülh müqavviləsi hələ ki, imzalanmayıb və qüvvəyə minməyib, münaqişənin bərpası təhlükəsi isə qalır. Biz bunu ötən ilin aprelində Cənubi Qafqazda-Dağlıq Qarabağda gördük”,deyə baş katib bildirib.

Guterres qeyd edib ki, BMT münaqişənin həlliylə bağlı ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir və münaqişə tərəflərini gərginliyi azaltmağa və atəşkəs rejiminə tam əməl etməyə çağırır.

“Maraqlı tərəfləri atəşkəs rejimini təkcə möhkəmləndirmək yox, eyni zamanda danışıqlar prosesini bərpa etmək üçün daha çox siyasi iradə nümayiş etdirməyə çağırıram”,deyə Guterres bildirib.

BMT-nin Təhlükəsizlik Şurasının iclasında Avropadakı münaqişələrin həlli məsələsi müzakirə olunub.

Guterres həmçinin bildirib ki, Ukraynadakı vəziyyət bu ölkənin tam ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi çərçivəsində həll olunmalıdır.

Baş katib Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Gürcüstan, Moldova və Kiprdəki münaqişələri həll etməyə çağırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG