Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 13:32

Gürcülər indiki zamanda üzümçülüyü necə inkişaf etdirir


Gürcüstan üzümü
Gürcüstan üzümü

Dövlət hər kiloqrama görə kəndlilərə əlavə pul verir

Bu il Gürcüstanda ən müxtəlif növlərdən 200 min tona qədər üzüm yığılacaq. Üzümü niyə qadınlar yığır, hər kiloqrama görə onlar nə qədər qazanc götürür?

İndi “rtveli” adlanan üzüm yığımının qızğın dövrüdür.

Bu üzüm yığımı mövsümü bu suallara cavab tapılacaq.

Çünki artıq Gürcüstanda Gürcü Şərabı Həftəsi başlayıb. Əsas tədbirlər isə ənənəvi şərabçılıq mərkəzlərindən birində - Kaxetiyada keçirilir.

İndi burda “rtveli” adlanan üzüm yığımının qızğın dövrüdür. Gürcüstanda üzüm yığımı ciddi qaydalara və qədim ənənələrə malikdir.

Gürcüstanda Gürcü Şərabı Həftəsi başlayıb. Əsas tədbirlər isə Kaxetiyada keçirilir.

Bu il bütün Gürcüstan ərazisində ən müxtəlif növlərdən 200 min tona qədər üzüm yığılacağı gözlənilir. Məhsulun böyük hissəsini şərabçılıq şirkətləri alacaqlar. Yerdə qalanını isə kəndlilərdən üzümçülüyün subsidiyalaşdırma proqramı çərçivəsində dövlət alacaq.

“Rtveli” mövsümünün başlaması üzümün yetişmə dərəcəsindən asılıdır. Bu işdə səhv etmək olmaz. Yoxsa üzüm ya turş, ya da həddən artıq şirin olar.

Buna da bax:​ Gürcüstandan mal-qara idxalı niyə qadağan olundu?

Kondoli kəndinin üzümlüklərində qızğın iş gedir. Bu il bu kənddə məşhur Saperavi sortundan beş tona yaxın üzüm yığılmalıdır. Yığım sübh tezdən başlanır. Sahə böyükdürsə, işə qonum-qonşu da qoşulur.

Qadın əli incədir, üzüm salxımlarını əzməz...

“Rtveli” mövsümünün başlaması üzümün yetişmə dərəcəsindən asılıdır. Bu işdə səhv etmək olmaz. Yoxsa üzüm ya turş, ya da həddən artıq şirin olar.

Kənd sakini Makvala Kurtsikidze deyir ki, işə həvəslə başlayırlar: “İşimiz çətin deyil, əkinə, maraqlı və şəndir. Üzüm salxımlarını biz qadınlar kəsib vedrələrə doldururuq. Belə deyirlər ki, qadın əli daha incə olduğundan üzümü əzməz. Vedrələri daşıyıb maşınlara boşaltmaqla isə kişilər məşğul olurlar”.

Yığılmış məhsul dərhal şərab zavoduna aparılır. Burada üzüm ilkin emal olunur. Yəni, sıxılır. Kəndli məhsulunu hansı zavoda təhvil verəcəyinə özü qərar verir. Çoxları ən yaxın zavod hansıdırsa, məhsulunu da ona verir. Çünki yol uzandıqca, bu, üzümün keyfiyyətinə təsir göstərir. Uzun yolda üzüm xarab ola bilər.

“Tsinandali” zavodunda üzümün qəbuluna və emalına direktor Zaza Baxturidze özü nəzarət edir.

Məhsul yetişdirən kəndlilərlə onu alan şirkətlərin bir-birilərini tanımaları və qarşılıqlı əlaqə yaratmaları üçün Gürcüstan Milli Şərab Agentliyi Telavidə xüsusi qərargah da yaradıb.

“Zavodumuz min tonadək üzüm emal etmək gücündədir. Hələlik 2 min ton qəbul etmişik. Üzüm almağa və alışa davam edirik. Kaxetiya sortundan olan bütün şərab növlərini istehsal edirik. Onları yaxın və uzaq xaricə ixrac edirik”, -- deyir Zaza Baxturidze.

Məhsul yetişdirən kəndlilərlə onu alan şirkətlərin bir-birilərini tanımaları və qarşılıqlı əlaqə yaratmaları üçün Gürcüstan Milli Şərab Agentliyi Telavidə xüsusi qərargah da yaradıb. Qərargahın rəhbəri elə Agentliyin sədri Georgi Samanişvilinin özüdür. Kəndlilərdən nə qədər məhsul qəbul olunduğu, buna görə onlara nə qədər pul verilməsi ilə bağlı haqq-hesab işləri də burada aparılır.

Buna da bax:​ İnkişaf edən Gürcüstan şərabçılığı

Dövlət hər üzüm kiloqramına pul verir

“Dövlət üzümçülərə subsidiya verməkdə davam edir. Söhbət özəl şirkətlərin kəndlilərə ödədiyi məbləğə əlavədən gedir".

Samanişvili ölkə üzrə proqnozlaşdırılan məhsul yığımının artıq yarısının başa çatdığını deyir:

“Dövlət üzümçülərə subsidiya verməkdə davam edir. Söhbət özəl şirkətlərin kəndlilərə ödədiyi məbləğə əlavədən gedir. Məsələn, Rkatsiteli və Mtsvane sortlarının hər kiloqramına zavodlar 35 tetri, dövlət isə əlavə 45 tetri verir. Saperavi sortuna şirkətlər 80 tetri, dövlət daha 20 tetri ödəyir. Beləliklə, kəndli kiloqramına 80-100 tetri (0,4 dollar) alır”.

Gürcüstan hakimiyyəti bu il subsidiya proqramına, ümumilikdə, 25 milyon lari (təqribən 11 milyon dollar) ayırıb. Bundan savayı, dövlət kəndlilərin sata bilmədiyi, üzümçülərin əllərində qalan az miqdarda məhsulu da onlardan almağa hazırdır. Hökumət hesab edir ki, bu, üzümçülük sahəsinin inkişafına töhfəsini verəcək. Üzüm də bol alacaq, kəndlinin qazancı da.

XS
SM
MD
LG