Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:00

Gürcüstandan mal-qara idxalı niyə qadağan olundu?


Gürcü çobanı
Gürcü çobanı

-

«Yeni Müsavat» qəzeti bu suala cavab axtarıb. Qəzet yazır ki, Gürcüstandan Azərbaycana diri heyvan və heyvan mənşəli məhsulların idxalının rəsmən müvəqqəti dayandırılması birmənalı qarşılanmayıb: «Bəziləri bunun yerli ət monopoliyasının başında duran oliqarxların oyunu kimi qiymətləndirib. Belə ki, ölkədə yüksəkrütbəli məmurların ət biznesində iştirak etməsi, özlərinin mal-qara sürülərinin olması sirr deyil».

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli «Yeni Müsavat»a açıqlamasında bildirib ki, məsələ ilə əlaqədar hazırda müzakirələr gedir, qadağa ilə bağlı qərar verilməyib: «Gözlənilir ki, beynəlxalq bürodan məlumat daxil olsun. Bizim mütəxəssislər onu müzakirə etdikdən sonra qərar verə bilər. Ancaq Gürcüstanda heyvanlarda göy dil xəstəliyi var, bu, xırdabuynuzlu heyvanlarda qara isitmə ilə müşahidə olunur. Bu xəstəlik Gürcüstanda, Tiflis yaxınlığında4 məntəqədə qeydə alınıb».

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə xəstəlik xəbərlərinin ət mafiyasının oyunu olması ehtimalını istisna etməyib: «Ümumiyyətlə MDB məkanında belə oyunlar çox olur. Yəni inhisarçı qurumlar dövlət orqanları ilə əlaqəyə girir. Bu praktika var və MDB məkanında geniş yayılıb. Bu cür hallar istisna olunmur. Hazırda ölkə başçısı əhalinin sosial müdafiəsinə doğru yönəlmiş müəyyən işlər görür və yerli istehsalı artırmaq istəyir. Ət məsələsində də elə iş aparmaq lazımdır ki, bazarda bolluq olsun».

Arif Məmmədov
Arif Məmmədov

HAKİMİYYƏT QƏRBDƏN NİYƏ KREDİT ALA BİLMƏZ?

«Azadlıq» qəzeti yazır ki, keçmiş diplomat Arif Məmmədov beynəlxalq maliyyə təsisatlarının Azərbaycana kredit verməyəcəyini bildirib.

Azərbaycanın Avropa Birliyində nümayəndəsi olmuş keçmiş səfir Arif Məmmədov deyir ki, beynəlxalq maliyyə qurumları kredit şərtlərində Azərbaycanın indiki siyasi durumunu xüsusilə nəzərə alacaqlar: «Hər iki maliyyə institutu (BVF və DB) yüksək kreditləri yalnız çox ciddi və əsaslı siyasi və iqtisadi islahatlar şərti ilə verə bilər. Uzun müddətdir Azərbaycanda fəaliyyət göstərən bu qurumlar hakimiyyətin ciddi islahatlara hazır olmadığından xəbərdardırlar. Çində istehsal olunan və Naxçıvanda «NAZ-Lifan» nişanı əlavə edilən maşınların alınması barədə göstərişlər islahat adlandırıla bilməz. Həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondunun ABŞ hökuməti ilə ciddi bağlılığı var və hər ikisində əsas söz sahibi ABŞ hökumətidir. Məlumdur ki, Dünya Bankının 51% vəsaitləri ABŞ-a aiddir. ABŞ Konqresində Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar barədə iki qanun layihəsi müzakirə olunacaq bir vaxtda hansısa kredit verilməsi barədə söz-söhbət qeyri-ciddi spekulyasiya kimi qiymətləndirilməlidir».

Kredit kartları
Kredit kartları

BANKLAR QADAĞALARA BAŞLADI

İndi Azərbaycan banklarının kredit kart istifadəçiləri alış-veriş üçün getdikləri mağaza və dükanlarda məyusluqla qarşılaşmalı olurlar.

ANSPress-in məlumatına görə, əksər kart sahibləri müştəriyə heç bir xəbər vermədən fəaliyyət müddəti bitməmiş kartların istifadəsini dondurublar. Bundan əlavə, banklar kartının fəaliyyət müddəti yeni bitmiş müştərilərin də müddəti uzatmaq barədə təkliflərini qəbul etmirlər və bunun müəyyən müddətə təxirə salındığını bildirirlər.

Mərkəzi Bankın statistikasına görə, 2015-ci ilin sonuna Azərbaycan vətəndaşlarında 1 milyon 89 minə yaxın kredit kartı olub. Ölkədə 2 milyon ailə təsərrüfatının olduğu nəzərə alınarsa, orta hesabla ailələrin yarısını bu kartlarla bağlı məyusluq gözləyir.

«Kredit kartlarının bank tərəfindən müştəriyə xəbərdarlıq edilmədən birtərəfli qaydada bağlanması qanun pozuntusudur. İstənilən kart kredit xətti sayılır. Bank o xətti bağlamazdan əvvəl müştərinin maliyyə vəziyyətinin pisləşdiyini sübut etməlidir». Bunu hüquqşünas Əkrəm Həsənov deyib.

Eldar Əzizov
Eldar Əzizov

SAHİBKARLAR ARASINDA SORĞU KEÇİRİLİR

«Sahibkarların problemləri birbaşa özlərindən öyrənilərək həll edilir».

Bunu «Azərbaycan» qəzeti yazır. Bakının Səbail Rayon İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən sahibkarların görüşündən yazan müəllif qeyd edir ki, dövlət rəhbərinin həyata keçirdiyi ciddi tədbirlər sayəsində Azərbaycanda süni qiymət artımının qarşısı qətiyyətlə alınır:

«Rayon icra hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, Səbayel ərazisində 5 min 803 sahibkarlıq subyekti fəaliyyət göstərir və bunlarda 58 min 294 nəfər çalışır. Onların fəaliyyətlərinin genişləndirilməsi, işlərinə mane olan amillərin aradan qaldırılması məqsədi ilə sorğular keçirilir, müvafiq kömək göstərilir. Əsassız yoxlamaların qarşısının alınması ilə bağlı tədbirlər görülür. RİH-də yaradılan komissiya və işçi qrupunun üzvləri mütəmadi olaraq monitorinqlər keçirirlər...

Görüşdə çıxış edən 15-dən çox sahibkar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıblar. Bu istiqamətdə öz təkliflərini irəli sürüblər, onlara göstərilən dövlət qayğısından razılıqlarını bildiriblər».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG