Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 10:20

Gürcüstan azərbaycanlısı: '100 milyon larilik dövriyyəsi olan şirkətin rəhbəri də...'


Ata Nuriyev. Gürcüstan azərbaycanlısı.

Bu ilin 9 ayında Gürcüstana 434 milyon ABŞ dolları həcmində birbaşa sərmayə yatıran Azərbaycan həmin ölkəyə yatırım həcminə görə digər ölkələrin hamısını qabaqlayır.

Qonşu Gürcüstanın investisiya mühitini Azərbaycan vətəndaşlarına cəlbedici görünən xüsusiyyətlərindən AzadlıqRadiosu-na bu ölkənin vətəndaşı, azərbaycanlı biznesmen Ata Nuriyev danışır.

Ata Nuriyev paytaxt Tbilisidə yerləşən, reklam və nəşr məhsulları buraxan AF şirkətinin rəhbəridir. Ali məktəbdə iqtisadi və biznes idarəçiliyi üzrə biliklərə yiyələnən 33 yaşlı Ata Nuriyev özünü orta biznes sektoruna aid edir. İllik dövriyyəsi 1 milyon lari (təxminən 660 min manat) olan şirkət cəmi 4 ildir qurulub.

Buna da bax:​ Azərbaycan Gürcüstanın əsas investorudur

– Ata bəy, biznes üçün ilkin mayanı haradan aldınız?

Ata Nuriyev: 'Ailəmin biznesi vardı, tələbə olarkən onlara kömək edirdim'
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00
Direct-ə keçid

– Ailəmin biznesi vardı, tələbə olarkən onlara kömək edirdim, universiteti bitirəndən sonra başqa şirkətlərdə işlədim, özüm də pul topladım, ailəmdən də, çevrəmdən də vəsait aldım və öz işimi qurdum.

– Sirr deyilsə, nə qədər vəsaitlə işi qurdunuz?

– Dəqiq yadımda deyil, təxminən 80-100 min dollar olardı. Əvvəlcə reklam üçün materialları Çindən gətirirdik, sonra gördük ki, bunun istehsalını elə özümüz də edə bilərik. Bu işə girişəndə, açığı, elə də böyük məlumatım yox idi. Ancaq getdikcə öyrəndik. İndi həm reklam işi üçün xam materiallar hazırlayıb reklam şirkətlərinə satırıq, həm özümüz reklam sifarişləri alırıq, həm də mətbəəmiz var, orda çap məhsulları buraxırıq.

Buna da bax: Gürcüstanda biznes quran Zərifə Quliyeva: "Tbilisidə kiçik Bakı yaratmışıq"

– İşə başlayarkən hər hansı bürokratik əngəllərlə üzləşdinizmi?

– Əlbəttə ki, xeyr. Gürcüstan bu mənada olduqca əlverişli yerdir. Bir şirkətin qurulması, xaricdən mal gətirilməsi, hər hansı bir məsələnin sənədləşdirilməsi – burda o qədər mükəmməl sistem qurulub ki! Sözün açığı, yolumuzu bu imkanlar açdı. Çünki heç bir maneə ilə üzləşmirdik, hər şeyi çox rahat qurduq. Bir misal çəkim, işi qururuq, Çindən avadanlıq gətiririk, amma elə də təcrübəmiz yoxdur. Avadanlıq üçün sifariş verdik, mal Çindən çıxan kimi bütün sənədlərimizi gömrüyə təqdim etdik. Malımız hələ gəlməmişdən gömrükdə sənədləşmə işini bitirdik və konteyner Gürcüstana daxil olarkən, artıq gömrüyə yox, birbaşa bizim bazamıza gəldi. Belə bir şərait adamı həm maraqlandırır, həm də iş görməyə həvəsləndirir.

– Gömrük məmurları baxmırmı ki, bu konteynerin içində nə var?

– Xeyr. Burda belə bir sistem var: yaşıl, sarı və qırmızı. Əgər gətirdiyimiz mal “yaşıl zolağ”a düşərsə, mala baxmırlar. “Sarı”ya düşərsə, sənədlər bir daha yoxlanır, “qırmızı”da malın özünə baxırlar. “Yaşıl zolaq” nə deməkdir? Əgər sənədlər qaydasındadırsa, alış-satış bazar qiymətlərinə uyğun aparılıbsa, mal “yaşıl”-a aid edilir. Bizdə bir-iki dəfə “sarı”ya düşüb, onda da sənədləri yoxlayıblar, əyər-əksik tapmayıblar, yarım saat içində həll ediblər.

Buna da bax:​ Gürcüstanda adambaşına gəlir artıb, Azərbaycanda azalıb...

“Burda artıq vergi mədəniyyəti formalaşıb”

– Vergi ilə bağlı durum necədir? Gəlirdən çoxmu vergi tutulur? Tez-tezmi vergi yoxlamaları olur?

– Vergi vermək məcburiyyətindəyik, çünki dövlətin strukturları işləməlidir. Gəlirimizi qəpiyinə qədər vergiyə bəyan edirik, düzdür, bəzən vergilər çox çıxır, amma bunu ödəməliyik. Çünki sən bir vətəndaş kimi dövlətdən artıq öz hüquqlarınla, haqlarınla bağlı nəyisə tələb edə bilirsən. Yoxlamaya gəlincə, əgər bir şirkət qanunla öz vergisini verirsə, ona niyə yoxlama gəlsin ki? Bu dörd ildə belə bir yoxlamayla qarşılaşmadıq. Burda “vergi müfəttişi ilə dil tapım, dövlətə az pul ödəyim kimi” şeylər barədə eşitməmişəm. Sahibkar gəlirini yüzdə yüz göstərməyə məcburdur, əks halda, yüksək vergi cərimələri var və bilir ki, üstü açılsa, daha çox xərcə düşəcək. Ona görə də ən rahat yolu vergini ödəməkdir.

– Demək ki, ölkədə bir vergivermə mədəniyyəti formalaşıb…

– Bəli, insanlar artıq anlayır ki, dövlətə vergi ödəmək lazımdır və bilir ki, əvəzində dövlətdən haqqını tələb edəcək. Bir də dediyim kimi, cərimə sistemi var. Açığı, mən qanunlarla işləməkdən razıyam. Çox qazanmayım, orta qazanım, amma vergimi ödəyim, bununla həm də dövlətin vəziyyəti yaxşı olsun.

Buna da bax: Gürcüstan, Türkiyə, Azərbaycan: gömrük təəssüratları

– Ata bəy, ölkədə məhkəmə müstəqilliyi ilə bağlı nə deyərdiniz?

– Gürcüstanda məhkəmənin müstəqilliyinə şübhə etmirəm. Belə hallar olub ki, vergi müfəttişləri yoxlama əsasında hansısa sahibkarı əsassız yerə cərimələyib. O da məhkəməyə verib, sübut olunub ki, həqiqətən də vergi məmuru ya qanunu yaxşı bilməyib, ya səlahiyyətindən sui-istifadə edib və məhkəmə həmin cərimələri ləğv edib. Belə halları çox eşitmişik. Burda demokratik məhkəmə sistemi var, ona görə də hansısa yoxlama olsa belə, çəkinmirsən. Verəcəksən məhkəməyə və haqlısansa, işi udacaqsan.

“İstəyirsən, lap 100 milyonluq dövriyyən olsun”

– 1 milyon larilik dövriyyə Gürcüstanda az vəsait sayılmamalıdır. Belə bir dövriyyə təsir və təzyiq rıçaqları olan məmurların diqqətini cəlb edirmi?

Ata Nuriyev: 'Hər hansı bir məsələnin sənədləşdirilməsi – burda o qədər mükəmməl sistem qurulub ki...'
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00
Direct-ə keçid

– Qətiyyən. İstəyirsən, bir milyon yox, lap 100 milyon larilik dövriyyən olsun, qanun çərçivəsində işləyirsənsə, sənədləşmə işində hansısa məmurla görüşməyə ehtiyac yoxdur. Hətta iri şirkətlər də hansısa sənədləşmə işində aidiyyətli dövlət qurumuna gedirsə, növbəsini tutur, pəncərədən sənədlərini verir, heç dövlət məmurlarının adını da bilmir.

Buna da bax:​ Azərbaycanlılar Gürcüstana gedir

– Sualımızı biz az detallaşdıraq o zaman. 1 milyon larilik biznesə şərik çıxmaq istəyən, “krışalıq” təklif edən nüfuzlu yüksək vəzifəli dövlət məmuru varmı?

– (Gülür) Sualınızı indi başa düşdüm. Buna ehtiyac yoxdur, səni sıxışdıran, incidən hansısa qurum yoxdur ki, “krışaya” ehtiyac olsun. Gürcüstanda biznesdə monopoliya yoxdur. Qanun işləyir və məhkəmə müstəqilliyi var. Belə şey eşitməmişəm ki, hansısa məmur hansısa biznesə “krışalıq” eləsin. Hər şey, az qala, onlayn olur. Gürcüstanı hətta Türkiyədən də cəlbedici edən burda qurulan biznes mühiti, iqtisadi sistem və monopoliyanın olmamasıdır. Əslində, Gürcüstan balaca ölkədir, kiçik bazardı, əhali də elə varlı deyil, amma bununla belə, dünyanın bir çox ölkəsindən burda iş qurmağa gəlirlər. Səbəbini yalnız “az qazanaq, ancaq biznes mühiti, rəqabətliliyi sağlam olan yerdə qazanaq” fəlsəfəsində görürəm.

– Ata bəy, dövlət tenderlərinə də qoşulursuzmu?

– Bir-iki dəfə qoşulmuşuq, uduzduğumuz da olub, udduğumuz da. Tenderi udmaq, əsasən, rəqabətdən, şirkətlərin verdiyi əlverişli qiymətdən asılıdır. Biz birində rəqiblərimizə nisbətən daha əlverişli qiymət təklif etmişdik deyə qazandıq, 50 min larilik tenderi udduq. Ancaq hələ ki, tenderlərə çox girişə bilmirik, çünki sifariş bizim imkanlarımız üstündə olur.

Buna da bax: 'Qohum, pul ver, biznes qurum'

– Ata bəy, azərbaycanlılar Gürcüstanda etnik sayılır. Biznes mühitində özünüzə qarşı bir diskriminasiya müşahidə eləmisinizmi?

– Qətiyyən, əksinə, biləndə ki, azərbaycanlısan, səninlə daha çox iş görməyə həvəs göstərirlər. Azərbaycanlılar burda bacarıqlı, keyfiyyətli iş görən imicini qazanıblar, ona görə də bizlərə daha çox etimad göstərirlər. Bu gün bizim şirkət tanınmış brendlərlə də işləyir və bu tip məsələlərdə hər hansı çətinliyimiz yoxdur. Əsas odur ki, ölkədə sağlam rəqabət mühiti var.

XS
SM
MD
LG