Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

'Gülençi' hesab olundun, paxlavan da müsadirə olunacaq...


Fethullah Gulen
Fethullah Gulen

Qərb olub-bitənlərin bu NATO ölkəsindəki ümumi sabitliyi riskə atacağından rahatsızdır

Türkiyə hökuməti aralarında nüfuzlu iş adamlarının da olduğu 200-dək adamın həbsinə əmr verib. Bu şəxslərin aktivlərinə də həbs qoyulub.

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

Prezident Recep Tayyip Erdogan Fethullah Gulen-lə bağlantılı şirkətləri boğmağa söz verib.

Erdogan Fethullah Gulen-lə bağlantılı şirkətləri boğmağa söz verib.

On minlərlə hərbçi, məmur və hakim ya tutulub, ya da vəzifəsindən kənarlaşdırılıb. Qərb olub-bitənlərin bu NATO ölkəsindəki ümumi sabitliyi riskə atacağından rahatsızdır.

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

187 şübhəli şəxsin aktivləri müsadirə oluna bilər

Cümə axşamı sübh vaxtı keçirilən reydlərdə maliyyə cinayətləri idarəsinin polisləri 200 ev və iş yerinə daxil olub. "Anadolu" agentliyinin xəbərinə görə, olay baş prokurorun 187 həbs sanksiyası verməsinin ardınca baş verib. "CNN Türk" reyd nəticəsində 60 nəfərin saxlandığını bildirib.

Buna da bax: Elif Şafak: Hərbi çevrilişlər türklərə yad və yabançı deyil

Əvvəllər Erdogan-ın yaxın müttəfiqi olmuş Fethullah Gulen-in özü çevriliş cəhdini qınayıb və buna görə hər hansı məsuliyyət daşımadığını söyləyib.

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

"CNN Türk" xəbər verir ki, polis İstanbulda və daha 17 vilayətdə Gülen hərəkatı tərəfdarlarını axtarıb. Onların arasında hərəkata məxsus olmaqda və onu maliyyələşdirməkdə şübhəli bilinən iş adamları da var. İstanbul prokuroru 187 şübhəlinin aktivlərinin müsadirə olunmasını tələb edib.

Buna da bax: Əli Kərimli ona qarşı "Gülençi" ittihamları barədə

"Güllüoğlu" da şirkətin müdiri Nejat Güllü-nün saxlandığını açıqlayıb...

Ötən ilin iyulunda Türkiyə Gülen hərəkatını terror şəbəkəsi saydığını açıqlayıb. Gülen hərəkatı filantropiya (xeyriyyəçilik), dinlərarası dialoq və elmə söykənən təhsil kimi sahələri özündə birləşdirir. Türkiyə hökuməti Gülen tərəfdarlarının 40 il boyunca sonda hakimiyyəti ələ keçirmək məqsədiylə ölkənin dövlət qurumlarına və təhlükəsizlik qüvvələrinə sızdığını iddia edir.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Paxlava bişirən “Güllüoğlu” da...

Hədəfə alınan şirkətlər arasında "Fortune" jurnalının 500 ən böyük şirkəti sırasına daxil etdiyi iki şirkət də var. "Aydınlı Group" və "Eroğlu Holding" iri pərakəndə satış şəbəkəsinə sahib geyim şirkətləridir.

Ötən il "Aydınlı"nın 928 milyon lirəlik (317 milyon dollar), "Eroğlu"nunsa 490 milyon lirə (167 milyon dollar) satışları olub.

Buna da bax: 'Erdoğan-la Putin bir-birini sevir'

"Eroğlu" Gülen hərəkatına maliyyə ötürən hər hansı bir şirkətlə bağlantısı olmadığını bildirib.

Türkiyə hökuməti Gülen-lə bağlantılı 4 min 262 şirkət və müəssisənin qapadıldığını bildirib.

Paxlava istehsalçısı "Güllüoğlu" da öz saytında şirkətin müdiri Nejat Güllü-nün saxlandığını açıqlayıb.

Şirkətin açıqlamasında o da deyilir ki, Güllü "heç zaman terrorçu təşkilatın, yaxud terrorçu təşkilatı dəstəkləyən mülki qrupun yanında olmaz". Şirkət Güllü-nün üzərindən bütün ittihamların qaldırılacağına əminliyini də diqqətə yetirib.

Çevrilişə cəhddən bəri...

Buna da bax: Türkiyədə ölənlərin sayı 50-yə çatıb

Türkiyə hökuməti Gülen-lə bağlantılı 4 min 262 şirkət və müəssisənin qapadıldığını bildirib. Çevriliş cəhdindən bəri bütövlükdə 40 min 29 nəfər saxlanıb. Onların yarısı rəsmi qaydada həbs edilib və hazırda məhkəmə hökmünü gözləyirlər.

Ordu, polis və dövlət idarələrində aparılan təmizləmələr nəticəsində 79 min 900 nəfər vəzifəsindən kənarlaşdırılıb.

Türkiyənin müdafiə naziri bildirib ki, hökumət aralarında general və admiralların da olduğu 137 nəfəri axtarır.

Türkiyə digər dövlətlərin də Gülen-lə əlaqəsi olan təşkilat, məktəb və şirkətləri bağlamasını umur.

"Wirtschaftswoche" dərgisinin yazdığına görə, Türkiyənin Avropa işləri naziri Omer Celik Almaniyanı Gülen-lə əlaqəli şirkətləri bağlamağa çağırıb.

AB və ABŞ görülən sərt tədbirlərin miqyasından rahatsızlığını ifadə edib. İnsan hüquqları qrupları yetərincə ədalətli məhkəmə olmadığından, Gülen hərəkatı ilə əlaqəsi olmayan günahsız insanların da əziyyət çəkəcəyindən narahatdır.

Buna da bax: Türkiyə Azərbaycanda özəlləşdirməni gözləyir

Vaşinqton ehtiyatlı davranır

Rəsmilərsə deyirlər ki, Gülen-in "paralel yapı"sının ölkədə sabitliyi pozmaq istiqamətində ata biləcəyi addımları önləmək üçün tez davranmaq vacibdir.

Vaşinqton Gülen-i təhvil verməklə bağlı Ankaranın xahişinə ehtiyatla yanaşır. ABŞ rəsmiləri Gülen-in hərbi çevriliş cəhdiylə əlaqəsinə açıq dəlillər gətirilməsini istəyirlər.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

Türkiyənin müdafiə naziri Fikri Isik "Anadolu" agentliyinə bildirib ki, hökumət aralarında general və admiralların da olduğu 137 nəfəri axtarır. O bu ay Ali Hərbi Şuranın fövqəladə iclasının keçirilmə ehtimalına da toxunub. Hakimiyyət 1960-cı ildən bəri üç hökuməti devirmiş ordunun üzərində mülki nəzarəti təmin etməyi planlaşdırır.

Buna da bax: Fethullah Gülen, Erdoğan və «İmamın ordusu»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG