Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 12:50

-

Özəlləşdirməyə aid ediləcək müəssisələrin siyahısı açıqlandıqdan sonra Azərbaycanda Türkiyə investisiyalarının fəallaşacağı gözlənilir.

Bu barədə Türkiyə xarici iqtisadi əlaqələr Şurasının (DEIK) sədri Səlcuk Akar avqustun 5-də bu ölkənin Bakıdakı səfirliyində keçirilən tədbirdə danışıb.

Tədbirdə bildirilib ki, səfir İsmayıl Alper Coşqunun rəhbərliyi ilə Türkiyənin biznes nümayəndələri baş nazirin müavini Abid Şərifov və Azərbaycan prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovla görüşüblər.

“Türkiyə iqtisadi islahatlar yolunda Azərbaycanı dəstəkləməyə, ikitərəfli ticari-iqtisadi əlaqələri və sahibkarların investisiya planlarını inkişaf etdrməyə hazırdır”, - səfir İ.A.Coşqun qeyd edib.

İyulun 15-də baş tutmayan hərbi qiyamdan sonra azərbaycanlı investorların Türkiyədə davranışı barədə Turan-ın sualının cavabında səfir deyib ki, investorlar etimadlarını davam etdiriblər.

“Əksinə, biz Azərbaycandan investisiyanın artdığını görürük. Bu, Türkiyə iqtisadiyyatının böhranlı vəziyyətlərə davamlı olmasının nəticəsidir”, - səfir vurğulayıb.

Buna da bax: Daşkəsən dəmiri uğrunda 3-cü mübarizə başlanıb

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin yeni rəhbəri Adəm Urfa deyib ki, Azərbaycan hökumətilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq qarşıdakı illərdə də davam etdiriləcək.

“TİKA Azərbaycanda fəaliyyət göstərdiyi 21 ildə 150 müxtəlif layihə həyata keçirib. Həmin layihələrdən 7000 nəfər istifadə edib. Bu layihələr təhsil, səhiyyə, turizm, ətraf mühit və başqa sahələri əhatə edib. Biz Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək cəhdlərinin dəstəklənməsi imkanlarını öyrənmək və yaxın üç ildə əməkdaşlıq strategiyasını hazırlamaq niyyətindəyik ”, - o bildirib.

Vergilər Nazirliyinin məlumatına görə, Azərbaycanda Türkiyə kapitallı 1685 şirkət fəaliyyət göstərir.

Onların iqtisadiyyata qoyduqları investisiyalar 10,5 milyard dollar həcmində dəyərləndirilir.

Təxminən 8,5 milyard dollarlıq investisiyanı da azərbaycanlı iş adamları və SOCAR Türkiyə iqtisadiyyatına qoyub.

Bu il yanvarın 18-də prezident İlham Əliyev “ geniş özəlləşdirmə proqramının hazırlanması ” tapşırığını verib.

Mayın 19-da da prezident «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» fərman imzalayıb.
Artıq, Azərbaycanda özəlləşdirmənin iki mərhələsi geridə qalıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG