Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 10:46

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhətində problemlər qalmaqdadır.

Bu barədə yanvarın 25-də onunla görüşən xanımı Lalə Əmirli xəbər verib.

Xanımının bildirdiyinə görə, təcridxananın həkimləri F.Əmirlidən qan analizləri götürüblər.

“Lakin mədə ağrısına görə hansısa tədbir görməyiblər. Qan analizinin nəticələrini gözləmək lazım gəlir”, xanımı bildirib.

Buna da bax:​ Vəkili Faiq Əmirlinin qida qəbul edə bilmədiyini deyir

L.Əmirlinin bildirdiyinə görə, F.Əmirli ilə Qırmızı Xaç Komitəsinin nümayəndələri də görüşüblər.

Bir neçə gün əvvəl vəkili Faiq Əmirlinin səhhətində ciddi problemlərin yarandığını açıqlamışdı.

Vəkil bildirmişdi ki, mədə xorasından əziyyət çəkən F.Əmirli qida qəbul edə bilmir.

Buna da bax: Məhkəmə Faiq Əmirliyə 'yox' dedi

Xatırlatma

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar vermişdi. Sonradan onun həbs müddəti yenidən artırılıb. O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim ediblər.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirir.

Buna da bax: Faiq Əmirli ilə Fuad Əhmədlinin həbsi uzadıla bilər

F.Əmirlinin həbsindən bir müddət sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

Türkiyə rəsmiləri Fethullah Güleni ötən il iyulun 15-də bu ölkədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırırlar. Onun özü isə bu iddiaları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG