Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 11:30

Vəkili Faiq Əmirlinin qida qəbul edə bilmədiyini deyir


Faiq Əmirli

“Azadliq” qəzetinin yayım direktoru Faiq Əmirlinin səhhətində ciddi problemlər yaranıb. Bu haqda F.Əmirlinin vəkili Fəxrəddin Mehdiyev məlumat verib.

Vəkil bildirib ki, F.Əmirli əvvəlcədən də mədə xorasından əziyyət çəkib.

“Həbs olunandan sonra bu xəstəlik daha da şiddətlənib. Yanvarın 23-də onunla Bakı İstintaq Təcridxanasında görüşəndə məlum oldu ki, artıq iki gündür qida qəbul edə bilmir. Yediyi yeməkləri mədəsi qəbil etmir”.

Buna da bax:​ Məhkəmə Faiq Əmirliyə 'yox' dedi

Məsələ çox ciddidir

Vəkil bununla bağlı təcridxana rəhbərliyi ilə görüşüb onları məlumatlandırdığını deyib: “Məsələ çox ciddidir. Yanvarın 24-də bununla bağlı beynəlxalq təşkilatları məlumatlandıracağıq. Faiq Əmirli barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda yaxın günlərdə məhkəməyə də müraciət edəcəyik”.

XATIRLATMA

F.Əmirli ötən il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib. Sonradan onun həbs müddəti yenidən artırılıb. O, Cinayət Məcəlləsinin168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim ediblər.

Buna da bax: Faiq Əmirli ilə Fuad Əhmədlinin həbsi uzadıla bilər

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır, hakimiyyətin bununla rəqiblərini sıradan çıxarmağa çalışdığını bildirir.

F.Əmirlinin həbsindən bir müddət sonra “Azadlıq” qəzetinin çapı da dayanıb.

XS
SM
MD
LG