Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Faiq Əmirli ilə Fuad Əhmədlinin həbsi uzadıla bilər


Faiq Əmirli

“Azadlıq ” qəzetinin yayım direktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin köməkçisi Faiq Əmirli ilə partiyanın gənc fəalı Fuad Əhmədlinin​həbs müddəti artırıla bilər.

Bu haqda təqsirləndirilənlərin vəkilləri Aqil Layıc və Əsabəli Mustafayev məlumat verib.

Aqil Layıcın bildirdiyinə görə, prokurorluq Faiq Əmirli barəsində seçilmiş həbs müddətinin uzadılması barədə təqdimat verib. Həbsin hansı müddətə artırılmasının istənildiyi, ona bəlli deyil.

Təqdimata yanvarın 6-da saat 15:00-da Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Buna da bax: Faiq Əmirlinin həyat yoldaşı prokurorluğu məhkəməyə verib

F.Əmirli ötən il avqustun 20-də saxlanıb. Ona Cinayət Məcəlləsinin 283-2-ci (milli, irqi, dini düşmənçilik salma) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında ictimai asayişi pozmaq, yaxud vətəndaşların sağlamlığına zərər vurmaq) maddələri ilə ittiham verilib.

Vəkil Agil Layicov, 5 avqust 2013
Vəkil Agil Layicov, 5 avqust 2013

F.Əmirli ittihamlarda bu il iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-ə yaxın imam kimi təqdim olunur.

AXCP bəyanat yayaraq ittihamları uydurma adlandırıb. Bu həbsi «Azadlıq» qəzetinə və partiyaya təzyiqlər kimi dəyərləndirib. F.Əmirli də ittihamları rədd edib.

F. Əmirli avqustun 20-də saxlanılarkən barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Nəsimi Rayon Məhkəməsi noyabrın 11-də həbs müddətini 2 ay artırmışdı.

Prokurorluq Fuad Əhmədlinin də həbsini uzatmaq istəyir

Prokurorluq Fuad Əhmədlinin həbsinin uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat verib.

Əsabəli Mustafayevin sözlərinə görə, bu təqdimata yanvarın 6-da baxılacaq.

Bakı İstintaq Təcridxanasında saxlanılan F.Əhmədlinin həbs müddəti yanvarın 12-də başa çatacaqdı. Onun həbs müddəti sonuncu dəfə 2016-cı il noyabrın 11-də artırılmışdı.

Fuad Əhmədli, 2015
Fuad Əhmədli, 2015

F.Əhmədli avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Buna da bax:Gənc 'gülençi' ittihamını gülüşlə qarşıladı

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb.

Hazırda ABŞ-da yaşayan Fetullah Gülen ötən il iyulun 15-i Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılır. F.Gülenin özü isə bu iddiaları yalanlayıb. Azərbaycan hüquq mühafizə orqanları bəyan ediblər ki, F. Gülenin tərəfdarlarının üzə çıxarılmasında Türkiyə hökumətinə dəstək verəcəklər.

Vəkil Əsabəli Mustafayev, 14 yanvar 2012
Vəkil Əsabəli Mustafayev, 14 yanvar 2012

AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub.

AXCP sədrinin hazırda həbsdə olan köməkçisi Faiq Əmrlinin də yanvarın 6-sı həbs müddətinin uzadılması gözlənilir. Hazırda bu partiyanın 10-dan çox fəalı həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

Multimedia

XS
SM
MD
LG