Keçid linkləri

2017, 28 May, bazar, Bakı vaxtı 22:30

İslam Əməkdaşlıq Təşkilatı Gülən hərəkatını "terrorçu" adlandırdı


İslam Əməkdaşlıq Təşkilatı Fətullah Gülen hərəkatını terrorçu təşkilat kimi qəbul edib.

Təşkilata üzvolan 57 ölkədən 56-sı qərarı dəstəkləyib.

Bunun əleyhinə səs verən ölkə təkcə Misir olub.

Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub.

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edib

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu buna görə, İslam Əməkdaşlıq Təşkilatına təşəkkür bildirib.

Onun sözlərinə görə, bununla bağlı quruma üzv ölkələrlə iki gün danışıqlar aparılıb.

Qeyd edək ki, Türkiyə 2015-ci ildən bu hərəkatı terror təşkilatı kimi tanıyır.

İslam Əməkdaşlıq Təşkilatına 57 ölkə daxildir.

Azərbaycan da 1991-ci ildən təşkilatın tamhüquqlu üzvüdür.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG