Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 04:13

Tbilisidə GUAM toplantsı keçirilir


GUAM hökumət başçılarının iclası (Arxiv)

Bu gün, oktyabrın 8-i Gürcüstanın paytaxtı Tbilisidə GUAM-ın Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

İclas qurumun təsis edilməsinin 20 illiyinə həsr olunub.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yayıb.

Verilən məlumatlara görə, quruma daxil olan 4 ölkənin xarici işlər nazirləriəməkdaşlıq və təşkilatın gələcək inkişaf perspektivləri barədə müzakirələr aparırlar.

Toplantıda Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidzə GUAM-ın 20 illik fəaliyyətindən danışıb.

AZƏRTAC-ın xəbərinə görə, nazir GUAM-a üzv ölkələrin iqtisadi inkişafında, beynəlxalq nüfuzunun artmasında təşkilatın rolunu xüsusi qeyd edib.

O, eyni zamanda regional təhlükəsizlik baxımından qurumun önəmini vurğulayıb.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə bildirib ki, GUAM üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi baxımından vacibdir:

"Üzv dövlətlər əlaqələri gücləndirmək üçün, ilk növbədə, müstəqilliklərini möhkəmləndirməli, məruz qaldıqları işğal faktından qurtulmalıdırlar. GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bu, üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq. GUAM-a üzv dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları var. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.

Sonra Ukraynanın xarici işlər naziri Pavlo Klimkin, Moldovanın xarici işlər naziri Andrey Qalbur, GUAM-ın baş katibi Altay Əfəndiyev çıxış edərək təşkilatın fəaliyyət prinsipləri və perspektivləri ilə bağlı fikirlərini bölüşüblər.

Sonda fəaliyyət planı və əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.

2017-ci ildə GUAM-a Gürcüstan sədrlik edir. GUAM 1997-ci ildə yaradılıb. Birliyə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

Buna da bax: Prezidentlər görüşə razılıq verib

Günün bütün mövzuları

XS
SM
MD
LG